Bayılda uçan evlərə görə kompensasiya veriləcək

Bayılda sürüşmə zonasında uçan altı evə kompensasiya veriləcək.
Anews.az-ın xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov deyib.
O bildirib ki, kompensasiya yaxın 10 gün ərzində veriləcək:
"Kompensasiyanın məbləği hələlik müəyyən deyil və hər ev üçün kvadrat/metrə uyğun hesablanacaq. Qiymətləndirmə "Sovetski”dəki kimi olmayacaq. Çünki Bayıl sürüşmə zonasında tikilən 97 ev sənədsiz, qanunsuzdur.
İstənilən halda vəsait hər kvadrat/metr üçün hesablanacaq. Vəsaitin miqdarını indidən demək olmaz”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər