İcra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv olundu
Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv edilib.
"Qafqazinfo” xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmana əsasən "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən yerli icra hakimiyyəti orqanlarının küçə reklamının yerləşdirilməsinə icazə vermək səlahiyyəti ləğv olunub.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. 4.11.15-ci yarımbənd ləğv edilsin.
2. 4.18.2-ci yarımbənddən "4.11.15-ci,” sözləri çıxarılsın.
2017-ci il iyunun 20-də Azərbaycan prezidenti İlham Əliyev Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb.
Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı qanunda nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Reklam Agentliyi həyata keçirəcək.
www.anews.az