• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

İlham Əliyev: Azərbaycan öz tarixi ilə fəxr edir

İlham Əliyev: Azərbaycan öz tarixi ilə fəxr edir
05.04.2018 10:33
Azərbaycan dünyada mədəniyyətlərarası dialoqa böyük töhfə verir.

Anews.az xəbər verir ki, bunu aprelin 5-də Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.

Prezident deyib ki, Azərbaycan öz tarixi ilə fəxr edir.

"Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh şəraitində yaşayıb. Azərbaycan həmişə multikultural ölkə olub. Azərbaycan bundan sonra da bu dəyərləri inkişaf etdirəcək”, - deyən prezident qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq: 

Onun sözlərinə görə,100 il əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara səsvermə hüququ verib:

"Bu, 100 il əvvəl azadlığın yüksək səviyyəsi idi.

Biz 26 ildir, müstəqilik.

Lakin müstəqilliyin ilk illərində Dağlıq Qarabağ münaqişəsi, iqtisadi çətinliklərlə üzləşmişdik. İqtisadi müstəqillik önəmlidir.

Ona görə də biz iqtisadi inkişafa önəm verdik.

Bu gün Azərbaycan güclü iqtisadiyyata malikdir.

Bizim iqtisadiyyatımız ötən 15 ildə üç dəfədən çox artıb.

Biz insan kapitalının inkişafını da diqqət mərkəzində saxlayırıq.

Çoxlu məktəb, xəstəxana tikilib.

Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı, sağlamlığı dayanıb.

Biz insanlarımız üçün yaxşı həyat şəraiti təmin etmək üçün bütün tədbirləri görürük”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin Rusiyaya səfəri gözlənilir
Siyasət 10:40
Prezidentin Rusiyaya səfəri gözlənilir
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 17:09
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 14:25
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Siyasət 12:50
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
Siyasət 12:38
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Siyasət 11:00
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Siyasət 23:12
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Siyasət 14:12
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol