Bu məmurumuzun başı dərddə - seçkidən sonra yola salınır
İdarə Bayraq Meydanının ətrafındakı təmir-tikinti işlərini gerçəkləşdirmiş "Azenco" şirkətinə qarşı iddia qaldıraraq, bağlanmış müqavilənin etibarsız sayılmasını tələb etmişdi. Bayraq Meydanı İdarəsi Etibar Pirverdiyevə məxsusluğu bilinən "Azenco"dan məhkəmə qaydasında 1 milyon 358 min manat tələb edirdi. Yada salaq ki, bayraq dirəyi və ətraf ərazidə bulvar zolağının uzadılmasına 50 milyon dollara qədər pul sərf edilmişdi. Bu işdə məsul şəxs Etibar Pirverdiyev olmuşdu. Bayraq Meydanının tikintisində Etibar Pirverdiyevin suç ortağı Rəşad Məmmədov illər öncə həbs edilib və sonradan azad olunub. Faktiki isə bu şəxsin qeyri-rəsmi ortağı Etibar Pirverdiyev olub. Belə ki, həbsindən dərhal sonra Rəşad Məmmədovun öz biznes ortağı Etibar Pirverdiyevə qarşı ifadə verməsi dəhşətli yeyinti faktlarının üstünü açıb ortaya qoymuşdu.
Bundan başqa, Etibar Pirverdiyevi məhkəməyə çəkən daha bir iddiaçı da olub. Beynəlxalq Bank Sumqayıt İnzibati İqtisad Məhkəməsinə müraciət edərək "Azərenerji" ASC-yə verilmiş 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə iddia ilə çıxış edib. Məhkəmə borcun "Azərenerji" ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilsə də təmin olunmayıb. Etibar Pirverdiyev isə 104 milyon manatı Beynəlxalq Banka ödəməkdən imtina edir. Beynəlxalq Bankın kredit qalmaqalında "Azİmport" izinin olması haqda da zamanında iddialar olub. Beynəlxalq Bankın kreditlərinin bir sıra hallarda Pirverdiyev-Məmmədov dueti tərəfindən mənimsənilməsi haqda xəbərlər də yayılıb.
Bunda əlavə, Dövlət Bayrağı Meydanında dirək sökülərkən Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov çox maraqlı bir açıqlama vermişdi. O, meydanda bayraq dirəyinin sökülməsini texniki baxışla əlaqələndirmişdi:"Budəfəki baxış sadə deyil, əsaslı texniki baxışdır. Bayraq dirəyinin ayrı-ayrı hissələri söküləcək, onun içərisindəki qurğular yoxlanılacaq. Prosesin davam edəcəyi müddəti demək olmur. Çünki texniki baxış zamanı nə ilə qarşılaşacağımızı bilmirik. Biz hər hansı problem olacağını gözləmirik, amma ola bilər ki, orada korroziya, başqa defektlər yaransın. Əgər belə hal aşkarlanarsa, bunu açıqlayacağıq və səbəbini də deyəcəyik".
İndi isə məlum olur ki, bayraq dirəyini "yeyən" korroziya deyil, korrupsiyadır. Korroziya - yəni bayraq dirəyində çürümə prosesi getmir, dirək Abid Şərifovun dediyi kimi, hazırlanarkən keyfiyyət məsələsinə yetərincə diqqət ayrılmayıb. Yəni lazımı qədər pul xərclənib uyğun dirək hazırlanmayıb. Belədə sual yaranır - bəs 50 milyon manat hara xərclənib? Dövlət Bayrağı Meydanının tikintisi məhz bayraq dirəyinin orada qurulmasına görə gerçəkləşibsə, ərazidəki hündürmərtəbəli binaların, Hərbi Dəniz Donanmasının bazasının köçürülməsi bu qayəyə xidmət edibsə, niyə belə xoş olmayan nəticə ortaya çıxıb? Cavabdeh axtarışlarında əsas fiqur Etibar Pirverdiyevdən başqa kim ola bilər ki?
Xatırladaq ki, Dövlət Bayrağı Meydanının inşasını həyata keçirən "Azenko" şirkəti "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevə məxsusdur. Şirkətə formal rəhbərliyi isə Etibar Pirverdiyevin qaynı həyata keçirir. Bir neçə il öncə 7 min nəfərin çalışdığı şirkətdə hazırda 1500-ə qədər şəxsin çalışdığı deyilir. Şirkətin bazar dəyərinin bir milyard manata yaxın olduğu deyilir. "Azenko"nun bu qədər "şişməsinə" səbəb isə şirkətin bir çox formal tenderlərin istisnasız "qalib" olmasıdır.
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin varidatı bununla yekunlaşmır. Məlumata görə, Etibar Pirverdiyev 2015-ci ildə baş verən devalvasiyadan sonra kapitalının xeyli hissəsini qardaşı Vüqar Pirverdiyevin əli ilə ölkədən çıxara bilib. Hazırda onun Dağıstanda, Türkiyədə, Rusiyada, Qazaxıstanda dəyəri milyonlarla ölçülən daşınmaz əmlakının olduğu vurğulanır. Bununla yanaşı, onun Azərbaycanda da sahib olduğu şirkətlər, obyektlər az deyil. Belə ki, Etibar Pirverdiyev Şabran rayonunun Udulu kəndindəki dəvə fermalarına, Xaçmazda iri buynuzlu heyvandarlıq təsərrüfatlarına, Qusar rayonunda məhsuldar və mənzərəli torpaq sahələrinə, Xaçmaz rayonunun Həsənqala kəndində balıq gölünə və vətəgələrinə, paytaxt Bakıda isə restoran və otel şəbəkələrinə sahib olduğu deyilir.
mənbə: "Yeni Müsavat"
www.anews.az

Son xəbərlər
Daha çox