• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Mehriban Əliyeva gənc ixtiraçılarla görüşdü

Mehriban Əliyeva gənc ixtiraçılarla görüşdü
13.04.2018 15:32
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva gənc azərbaycanlı ixtiraçılar - dünyada şöhrət qazanmış Reynerci (Rainergy) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə ilə görüşüb.

AzVision.az xəbər verir ki, görüşdə 15 yaşlı ixtiraçılar öz layihələri və gələcək planları barədə geniş məlumat verdilər. Qeyd edildi ki, Reynerci yağış sularını elektrik enerjisinə çevirən qurğudur. Onların icad etdikləri bu qurğu gələcəkdə alternativ enerji mənbələrinin inkişafında geniş imkanlar aça bilər.

Xatırladaq ki, "İstək” Liseyinin 9-cu sinif şagirdləri Reyhan və Zəhra tərəfindən birgə ixtira edilmiş Reynerci qurğusu "Qlobal Sahibkarlıq Sammiti 2017”də geniş marağa səbəb olub, ABŞ Prezidentinin müşaviri İvanka Tramp tərəfindən xüsusi qeyd edilib.

Birinci vitse-prezident Mehriban Əliyeva bildirdi ki, Azərbaycanda bu cür gənc istedadların olması onu hədsiz dərəcədə ruhlandırır və sevindirir. O, ölkəmizdə bu cür gənc nəslin formalaşması ilə fəxr etdiyini vurğulayaraq, dövlət tərəfindən onların layihəsinə lazımi dəstəyin göstəriləcəyini, ümumiyyətlə, gənc istedadlara və kiçik startaplara daim diqqət yetiriləcəyini qeyd etdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 12:33
Sabahın hava proqnozu
Tərtərdə 1 nəfər kanalda batıb
Cəmiyyət 10:52
Tərtərdə 1 nəfər kanalda batıb
Maştağada obyektdə yanğın olub - Video
Cəmiyyət 09:42
Maştağada obyektdə yanğın olub - Video
Şəkidə canavarın hücumu nəticəsində 5 nəfər xəsarət alıb
Cəmiyyət 08:56
Şəkidə canavarın hücumu nəticəsində 5 nəfər xəsarət alıb
Oğuzda mikroavtobus qəzası nəticəsində ölən şəxsin kimliyi məlum olub -Yenilənib
Cəmiyyət 22:47
Oğuzda mikroavtobus qəzası nəticəsində ölən şəxsin kimliyi məlum olub -Yenilənib
Magistral yollarda görmə min metrədək məhdudlaşacaq
Cəmiyyət 16:00
Magistral yollarda görmə min metrədək məhdudlaşacaq
Goranboyda 13 yaşlı qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 15:48
Goranboyda 13 yaşlı qız dəm qazından boğularaq ölüb
14 yaşlı qıza əxlaqsız hərəkət edənlər həbs olunub
Cəmiyyət 15:36
14 yaşlı qıza əxlaqsız hərəkət edənlər həbs olunub
Pirotexniki vasitələr satan 14 nəfər saxlanılıb
Cəmiyyət 15:04
Pirotexniki vasitələr satan 14 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol