• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Nazirlər təlaşda: onlar yeni komandada olmayacaq...

Nazirlər təlaşda: onlar yeni komandada olmayacaq...
16.04.2018 19:56
Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub. Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələrini təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.


Konstitusiya Məhkəməsi Plenumu isə sabah - arelin 17-də prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclas keçirəcək. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən modern.az-a bildirilib ki, iclas aprelin 17-də saat 15:00-a təyin edilib. 


İstisna olunmur ki, Konstitusiya Məhkəməsi Plenumu sabah seçkinin nəticələrini təsdiqləyəcək. 


Konstitusiya Məhkəməsi seçkinin yekunlarını rəsmən elan etdikdən 3 gün sonra isə prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməlidir. 


Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verəcək.


Qeyd edək ki, Nazirlər Kabinetinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. 


Yuxarı dairələrə yaxın mənbənin modern.az-a verdiyi məlumata görə, yeni formalaşacaq iqtidar komandasının tərkibində xeyli dəyişiklik ediləcək.



Hətta bu dəyişikliklərə işarə kimi mətbuatda da silsilə yazılar tirajlanmaqdadır. Bu baxımdan rəhbər vəzifədə olan şəxslərin ayrı-ayrı nazirlikləri və nazirləri tənqid etməsinin təsadüfi olmadığı deyilir.


Bildirilir ki, adları rüşvət və korrupsiya faktlarında, qalmaqallarda hallanan, xalqı talayan, reputasiyası korlanmış nazirlərə "qırmızı kart” göstəriləcək. Hətta bununla bağlı nazirlərə xəbərdarlıq edildiyi də vurğulanır. Yüksək postu tutan şəxslərin "qırmızı kart” görməmək üçün müxtəlif vasitələrə əl atdıqları gələn söyləntilər arasındadır. Amma mənbə bildirir ki, tənqidlərdən nəticə çıxarmayanlar, yeni komandada istənilməyən şəxslər iradələrindən asılı olmayaraq "oyundankənar vəziyyət”ə salınacaq... (qaynarinfo.az)


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Oqtay Şirəliyevə yeni vəzifə verilir
Cəmiyyət 17:32
Oqtay Şirəliyevə yeni vəzifə verilir
Yola salınan məmurlarla bağlı satirik VİDEO hazırlanıb
Cəmiyyət 14:14
Yola salınan məmurlarla bağlı satirik VİDEO hazırlanıb
Azərbaycanda yeni hökumət: 5 naziri, komitə sədrlərini və digərlərini nə gözləyir...
Cəmiyyət 11:43
Azərbaycanda yeni hökumət: 5 naziri, komitə sədrlərini və digərlərini nə gözləyir...
Baş nazirə yeni müavin təyin olundu
Cəmiyyət 16:34
Baş nazirə yeni müavin təyin olundu
Hacıbala Abutalıbovun İSTEFASI ilə bağlı - AÇIQLAMA
Cəmiyyət 11:57
Hacıbala Abutalıbovun İSTEFASI ilə bağlı - AÇIQLAMA
Baş nazir postu ilə vidalaşan Artur Rasi-zadənin DOSYESİ
Cəmiyyət 11:16
Baş nazir postu ilə vidalaşan Artur Rasi-zadənin DOSYESİ
Gömrük Komitəsi ləğv olunur? – Qurumdan açıqlama
Cəmiyyət 22:05
Gömrük Komitəsi ləğv olunur? – Qurumdan açıqlama
Kəlbəcərin yeni görüntüləri yayıldı- VİDEO
Cəmiyyət 21:21
Kəlbəcərin yeni görüntüləri yayıldı- VİDEO
Nazirlər təlaşda: onlar yeni komandada olmayacaq...
Cəmiyyət 19:56
Nazirlər təlaşda: onlar yeni komandada olmayacaq...
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol