• $ 1.7
  • € 1.9744
  • ₽ 0.021116
  • ₺ 0.0414
  • £ 2.2862

İşsizlər üçün vacib xəbər!

İşsizlər üçün vacib xəbər!
17.04.2018 15:53
Azərbaycanda işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası dəyişdirilir.

Trend-in məlumatına görə, bu barədə məsələ bu gün Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilən yeni hazırlanan "Məşğulluq haqqında” qanun layihəsində əks olunub.

Qanun layihəsinin komitənin iclasında müzakirəsi zaman əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, ümumiyyətlə, qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, ilk dəfə olaraq iş axtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir: "Onlar bu hüquqdan istifadə etmədikdə isə sistem tərəfindən bu edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən 5 günə endirilir. Layihədə aktiv məşğulluq tədbirlərindən biri hesab olunan və hazırda tətbiqinə önəm verilən özünəməşğulluğa dair yeni maddə daxil edilib. Çünki hazırda qanunda bu tədbiri tənzimləyən müvafiq maddə yoxdur”.

Nazir müavini bildirib ki, yeni maddə ilə özünəməşğulluq tədbirlərinin mərhələləri və müddətləri monitorinq, əmlakların qaytarılması və s. prosedurlar müəyyən edilib: "Layihəyə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də, müvafiq şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə, özünəməşğulluğa cəlb edilirlər”.

İ.İsayev qeyd edib ki, layihədə işaxtaran və işsiz şəxslərin sosial təminatlarında əlavələr edilib, peşə hazırlığı aldığı dövrdə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcəyi nəzərdə tutulub. O qeyd edib ki, bu məbləğ hazırki məbləğdən (75 manat) 1.7 dəfə çoxdur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yerli düyü niyə bahadır?
İqtisadiyyat 11:17
Yerli düyü niyə bahadır?
Bakıda 2 milyona istirahət mərkəzi satılır
İqtisadiyyat 10:57
Bakıda 2 milyona istirahət mərkəzi satılır
Nazir şöbə müdirini işdən çıxardı
İqtisadiyyat 10:54
Nazir şöbə müdirini işdən çıxardı
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
İqtisadiyyat 10:02
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
İqtisadiyyat 09:18
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
İqtisadiyyat 09:02
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:53
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:33
"WhatsApp"da yeni funksiyalar
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
İqtisadiyyat 07:35
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol