• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Pakistan mətbuatı Xocalı soyqırımından yazıb - FOTO

Pakistan mətbuatı Xocalı soyqırımından yazıb - FOTO
21.04.2018 19:00
Pakistanda nəşr olunan "Parliament times” qəzetində və qəzetin internet səhifəsində, həmçinin "The Fortress” veb səhifəsində jurnalist Zaman Bacvanın "İnsanlıq əleyhinə Xocalı qətliamı. Bir daha olmasın” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə 25 fevral 1992-ci ildə Ermənistan qoşunları tərəfindən keçmiş SSRİ-nin 366-cı batalyonunun köməyi ilə törədilmiş və tarixin ən dəhşətli insan faciələrindən biri olan Xocalı qətliamının bəşəriyyətə qarşı törədilmiş soyqırım aktı olduğu vurğulanaraq, şəhərin Azərbaycan tarixinə aid olan qədim abidələrinin ermənilər tərəfindən məhv edilməsinin əslində bütün insanlığın itkisi olduğu öz əksini tapıb.

Müəllif həyat yoldaşı və 3 övladını itirən Xocalı soyqırımının şahidlərindən Elxan Hüseynovun hər dəfə yazın gəlməsi ilə öz ailəsi barədə hansısa xəbər alacağına ümid etdiyini yazaraq, onun, 26 il keçməsinə baxmayaraq, hələ də öz ailəsini tapa bilmədiyini çatdırıb.

Ermənilər tərəfindən 613 azərbaycanlının həlak, 487 nəfərin şikəst edildiyi və 1275 nəfərin əsir götürüldüyü bu qəddar soyqırımın dünya mediasında geniş əks-səda doğurduğu, "The New York Times”, "Sunday Times”, "Washington Times” və "the Times” kimi qlobal miqyaslı qəzet və jurnallar öz nəşrlərində ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş Azərbaycanlıların cəsədlərinin hər tərəfə səpələndiyini, dərisinin soyulduğunu və üzlərinin tanınmaz hala salındığını bəyan etdiyi məqalədə vurğulanıb.

Ermənistan prezidenti Serj Sargsyanın britaniyalı jurnalistlə müsahibəsi zamanı dediyi "Xocalıdan əvvəl azərbaycanlılar ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən bir xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındırdıq”-sözlərindən sitat gətirən müəllif, başqa şərhə ehtiyac qalmadığını qeyd edib.

Yazıda həmçinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə Xocalı soyqırımının dünya gündəminə gətirildiyi, faciəyə Azərbaycanın Milli Məclisi tərəfindən siyasi və hüquqi qiymət verildiyi bildirilərək, Pakistan, Türkiyə, ABŞ, Serbiya, Sudan, Çexiya, İsrail və s. dövlətlərin Xocalı soyqırımının tanınması barədə qətnamə qəbul etdikləri oxucuların diqqətinə çatdırılıb.
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Dünya 09:30
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Dünya 09:05
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
İsrail Ordusu Qəzzada iki yaraqlının zərərsizləşdirildiyini bildirib
Dünya 23:20
İsrail Ordusu Qəzzada iki yaraqlının zərərsizləşdirildiyini bildirib
İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb
Dünya 20:30
İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb
Çin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb
Dünya 19:36
Çin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb
Hakan Fidan Suriyaya səfər edəcək
Dünya 18:43
Hakan Fidan Suriyaya səfər edəcək
Rusiyada pansionatda 40-dan çox insan zəhərlənib, ölənlər var
Dünya 18:26
Rusiyada pansionatda 40-dan çox insan zəhərlənib, ölənlər var
Ukrayna hərbçiləri Rusiyanın iki "Su-27" qırıcısını vurub
Dünya 14:08
Ukrayna hərbçiləri Rusiyanın iki "Su-27" qırıcısını vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol