• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

BP Azərbaycan ərazisində 8 dəniz platforması inşa edib

BP Azərbaycan ərazisində 8 dəniz platforması inşa edib
23.04.2018 14:13
Azərbaycanda biznes "British Petroleum”un (BP) qlobal portfelində ən vacib və prioritet sahələrdən sayılır.

Trend-in məlumatına görə, bunu "Downstream Xəzər və Mərkəzi Asiya – ticarət, logistika, neft emalı və neft-kimya” 3-cü Beynəlxalq forumu zamanı "BP Azerbaijan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, 1994-cü ildə "Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan hökuməti ilə şirkətin birgə səyləri ilə beynəlxalq səviyyəli bir çox layihələr həyata keçirilib:

"Qlobal miqyaslı layihələrdən biri Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bu günədək BP tərəfindən Azərbaycan ərazisində 8 dəniz platforması tikilib”.


O həmçinin vurğulayıb ki, BP-nin Azərbaycanda iştirak etdiyi layihələr arasında "Qərbi Azəri”, "Şərqi Azəri”, "Şahdəniz-1” və "Şahdəniz-2” layihələri yer alır:

"Böyük həcmdə xarici investisiya cəlb edən "Şahdəniz-2” reallaşdırılmasına görə ən qəliz sualtı qaz hasilatı layihəsidir və demək olar ki, 99 faiz icra olunub. "Şahdəniz-2” layihəsində 2017-ci ilin sentyabrında sualtı tikinti işləri üçün dəyəri 378 milyon dollar olan "Xankəndi” gəmisi cəlb edilib”.

Vitse-prezident əlavə edib ki, "Azəri-Çıraq-Günəşli" yatağında bugünədək 3,3 milyard barel neft, "Şahdəniz" yatağında 89 milyard kubmetr qaz və 76 milyon barel kondensat hasil olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:22
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol