• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Bu, ciddi təhlükə yaradır – İlham Əliyev

Bu, ciddi təhlükə yaradır – İlham Əliyev
26.04.2018 12:48
Azərbaycan prezidenti İlham Əliyev Qusarda keçirilən "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

APA-nın məlumatına görə, prezidentin köməkçisi Əli Həsənovun müraciət oxuyub.

Müraciətdə qeyd olunub ki, bu günlər 1918-ci ildə xalqımıza qarşı millətçi erməni daşnak və bolşevik silahlı dəstələri tərəfindən törədilən soyqırımın 100 iliyinə təsadüf edir:

"Həmin dövrdə ölkəmizin müxtəlif regionlarını bürümüş milli-dini zəmində kütləvi qətl və talanlar konfransın təşkil olunduğu Qusar ərazisində də xüsusi amansızlıqla həyata keçirilib. Çoxmillətli və çoxkonfesiyalı Azərbaycan cəmiyyəti tarix boyu xalqımızın məruz qaldığı etnik təmizləmə, deportasiya, terror və soyqırımı aktlarının ağrı-acısını unutmur, verdiyi qurbanların xatirəsini daim uca tutur. Hazırda dünyada sülh və əmin-amanlığa qarşı təhdidlərin artması xalqların dinc birgəyaşayışına və qarşılıqlı faydalı əməkdaşlığına ciddi təhlükə yaradır. Təəssüf ki, milli, irqi və dini ayrı-seçkilikdən doğan ekstremist fəaliyyət və terror müasir dövrün acı reallığına çevrilib”.

Müraciətdə vurğulanıb ki, beynəlxalq birliyin planetimizin müxtəlif guşələrində cərəyan edən qanlı münaqişələrə və kütləvi zorakılıq hallarına ikili standartlar prizmasından yanaşması həmin dəhşətlərin, bəlaların qarşısının alınması yolunda böyük maneə yaradır: "Dünyanı qanlı faciələrdən, dağıdıcı qüvvələrin qeyri-insani əməllərindən qorumaq üçün bütün etnik təmizləmə və soyqırımı hadisələrinin obyektiv-hüquqi və siyasi qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə də tarixin qaranlıq səhifələrinin dərindən araşdırılması, gerçək fakt və təhlillərə söykənən həqiqətlərin aşkara çıxarılaraq geniş ictimaiyyətə çatdırılması ədalətli qərarların qəbul olunmasından vacib rol oynayacaq. İnanıram ki, bugünkü konfransda aparılan səmərəli müzakirələri soyqırımların tədqiqi sahəsində formalaşan müsbət elmi ənənələri davam etdirəcək, dünya alimlərinin sanballı əsərlərinin işıq üzü görməsinə təkan verəcək. Bu şərəfli və məsuliyyətli işinizdə hər birinizə uğurlar arzu edirəm”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 17:09
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 14:25
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Siyasət 12:50
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
Siyasət 12:38
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Siyasət 11:00
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Siyasət 23:12
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Siyasət 14:12
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Siyasət 13:05
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol