• $
  • £

Hacı İbrahim qardaşı Nazim İbrahimovdan “imtina etdi”

Hacı İbrahim qardaşı Nazim İbrahimovdan “imtina etdi”
29.05.2020 00:45
Prezident Admnistrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevmətbuata son açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov haqqında narazılığını ifadə edib, onun sərəncamına verilən vəsaitlərin ünvanına çatmadığını və bütün bunlardan ölkə prezidentinin xəbərdar olduğunu vurğulayıb.


Son illər mətbuat Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov, onun qardaşıları - "Avesta” konsernin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) və iş adamı Sahil İbrahimovun adını müxtəlif qaranlıq məsələlərdə hallandırır. Hətta iddialara görə, İbrahimovların mövqeləri ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin ifşasından sonra sarsılıb. O da qeyd edilir ki, iqtidarda dayaqlarını və nüfuzunu itirən qardaşlar haqqında ölkə rəhbərliyinə xoş olmayan məlumatlar çatdırılıb.


Xüsusilə Hacı İbrahim Nehrəmlinin "Beynəlxalq bank işi”nə görə bir neçə dəfə istintaq tərəfindən dindirilməsi və kredit oyunlarında iştirakının üzə çıxması, sahibkar qardaşı Sahil İbrahimovun tikinti şirkətində dələduzluq hallarının ifşa edilməsi və ən əsası qardaşlardan dövlət vəzifəsi daşıyan Nazim İbrahimovun rəhbəri olduğu komitədə "yuyulan” pulların araşdırılması bütövlükdə bu "ailə biznesi”nin sonunu gətirib.


Amma qardaşlar arasında qohumluq həddində isti münasbətlərin olmadığı heç kimə sirr deyil. Bəzi məlumatlara görə, Dövlət Komitəsindəki işini itirən Nazim İbrahimov Hacı İbrahim Nehrəmli ilə birgə çalışmağa, biznes fəaliyyətinə keçməyə  hazırlaşır.


Modern.az məsələni dəqiqləşdirmək üçün Hacı İbrahim Nehrəmlinin mövqeyini öyrənməyə çalışıb. Hacı İbrahim açıqlamasında işlərilə bağlı hər hansı yenilik olmadığını, hələ də gözləmə mövqeyində qaldığını bildirib:


"Hələ ki, işlər istədiyimiz səviyyədə getmir”.
 
Nazim İbrahimovla birgə fəaliyyət göstərməsinə gəlincə, İ.Nehrəmlinin cavabı birmənalı olub:


"O ki qaldı, adını  çəkdiyiniz şəxsə, xahiş edirəm mənə onun barəsində sual verməyin. O gün də bir jurnalist zəng vurdu, sonra baxdım mənim adımdan dastan boyda açıqlama yazıblar. Halbuki, o sözlər mənə aid deyil. Məndən özümə aid nə istəyirsiz soruşun, onun haqqında isə heç nə”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Cəmiyyət 21:43
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 21:00
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Cəmiyyət 20:30
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Tiktoker "Qarabəy" həbs edildi
Cəmiyyət 20:26
Tiktoker "Qarabəy" həbs edildi
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:48
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Cəmiyyət 18:47
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:18
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib
Cəmiyyət 18:11
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Cəmiyyət 17:57
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol