Nə üçün HSS Azercell 4G-şəbəkəsinin üstünlüklərindən birinə çevrilib?

Son illər ərzində verilənlərin (məlumatların)
ötürülməsi texnologiyaları sürətlə inkişaf etmişdir ki, bu da bir sıra səbəblərlə
izah oluna bilər. Bu səbəblərdən biri rəqəmsal mediakontentin
həcmninin qlobal və güclü artımıdır. Yeni nəsil şəbəkələrdə işi dəstəkləyən,
lakin mobil şəbəkələrin yüklənməsini ciddi şəkildə artıran smartfonlar parkı
durmadan genişlənir. Bununla yanaşı, videokonfrans rabitəsi və "video
streaming” (videogörüntülərin real zaman rejimində yayımlanması) kimi geniş
zolaqlı birləşmə tələb edən internet-servislər xeyli populyarlaşmışdır. Bu
zaman həddən artıq yüklənmənin aradan qaldırılmasının əsas çıxış yollarından
biri də operatorların dördüncü nəsil mobil rabitə texnologiyalarına keçidi
olur.
Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim
edən Azercell Telekom şirkəti bu gün həmin standartın ölkənin bölgələrində
inkişafını təmin etməyi hədəfləyir. 2017-ci ildə Azercell şirkəti Bakı şəhərində və Abşeron
yarımadasında yeni 4G stansiyalarını quraşdıraraq, habelə Gəncədə, Bərdədə, Şəmkir
və Lənkəranda yüksək sürətli mobil internet imkanları yaradaraq, Abşerondan kənarda
LTE-xidmətini təklif edən ilk mobil rabitə operatoru adını qazanmışdır.
Regionlarda bu şəbəkənin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Azercell-in Radio-baza stansiyalarının sayı artıq 550-i ötmüşdür ki, bunun sayəsində
Azercell şəbəkəsində 4G xidmətlərindən istifadə edənlərin sayı, 2016-cı illə
müqayisədə, 3 dəfə, mobil internet istifadəsinin həcmi isə 50% artmışdır.
Bununla belə, şirkətin 2017-ci il hesabatından verilən bu rəqəmlər artıq köhnəlmiş
hesab oluna bilər, çünki Azercell şirkəti öz 4G şəbəkəsini və əhatə dairəsini
yalnız Radio-baza stansiyalarının köməyi ilə deyil, həm də əlavə servislərin
istifadəyə verilməsi hesabına təkmilləşdirir və genişləndirir.
Cari ayın əvvəlində Azercell 4G şəbəkəsinin
təkmilləşdirilməsi layihəsinin bir hissəsini tamamlayaraq HSS (Home Subscriber
Server, yəni ev şəraitində şəbəkə serveri) məlumat serverini abunəçilərinin
ixtiyarına verib. Sadə dillə desək, 4G-ni dəstəkləyən mobil cihazı və Sim (USIM)
kartı olan Azercell abunəçiləri artıq Azercell Ekspres ofislərinə müraciət etmədən
4G xidmətindən müstəqil şəkildə yararlana bilərlər. Bunun üçün abunəçinin
istifadə etdiyi smartfon cihazında 4G şəbəkəsinə qoşulması kifayətdir. Azercell
şirkətindən bidirirlər ki, HSS layihəsi abunəçinin istifadə etdiyi xidmətlər barədə
bütün məlumatların bir bazada yerləşdirilməsini nəzərdə tutur ki, bu da abunəçiyə
digər servis və şəbəkələrə maneəsiz qoşulma (hətta rouminqdə) və bu
qoşulmaların imkanlarından istifadə etmə imkanı verir. Bəs ev şəbəkə serveri (HSS) nədir? Bu barədə
daha ətraflı məlumat əldə etmək üçün bu layihənin icrası ilə bilavasitə məşğul
olmuş Azercell Telecom-un Texnologiyalar departamentinin Strateji Planlama və
Sistemlərin Arxitekturası şöbəsinin ekspert-arxitektoru İslam Allahverdiyevə
müraciət etdik.
- HSS (Home Subscriber Server) – mobil rabitə
şəbəkəsinin LTE standartlı abunəçi verilənləri serveri və geniş verilənlər
bazası olmaqla, faktiki olaraq VLR, HLR
və 2G , 3G şəbəkələrində istifadə olunmuş digər registrlər dəstini əvəz edir.
Mahiyyətcə, HSS – multimediya kontentinin
IP-protokolu əsasında ötürülmə spesifikasiyası olan IMS (IP Multimedia
Subsystem) sisteminin sanki "beyni”dir. Mobil operatorun və, ümumiyyətlə, bütün
telekommunikasiya bazarının gələcəyi məhz bu serverdən və onun operator şəbəkəsində
reallaşdırılmasından asılıdır. Bu serverin verilənlər bazasında abunəçinin müxtəlif
istək və niyyətləri, məsələn, zənglərin təkrar yönəldilməsi və filtrasiyası barədə
məlumat, səsli poçt bildiriş və ismarıcları, fərdi ünvan kitabçası və sair
saxlanılır. HSS serverində, həmçinin, abunəçinin statusunun təyin edilməsi üçün
zəruri olan bütün məlumatlar yer alır. Bu halda HSS serverinin təklif etdiyi
bütün xidmətlərdən yararlanmaq üçün abunəçi, yuxarıda qeyd olunduğu kimi,
Azercell Ekspres ofisinə baş çəkmədən yalnız yeni SIM-kartı (USIM) vasitəsilə autentifikasiya
prosesini sadəcə bir dəfə keçməlidir.
Qeyd etməliyəm ki, bu, gələcək mobil rabitə
texnologiyasıdır, çünki biz son nəticədə 5G standartına keçəcəyik, və bu halda
HSS serveri multimedia kontentinin artan həcmləri fonunda əvəzedilməz vasitə
olacaqdır. Bu gün biz şəbəkənin inkişafına çox ciddi sərmayələr yatırırıq, və
bu sırada ən böyük və əhəmiyyətli üstünlük olaraq hazırda texnologiyaların təqdim
etdiyi üstünlükləri qeyd edə bilərik. Əgər əvvəllər sistemin aparat səviyyəsində
yenilənməsi yarımildə və ya ildə bir dəfə təmin edilirdisə, bu gün artıq
avadanlığın təkmilləşdirilməsi proqram təminatını sadə yolla yeniləməklə
mümkündür. Müasir server quraşdırmaqla, biz bu serverə yeni funksional əlavə edə,
ona olan ehtiyacı isə şəbəkə inkişaf etdikcə təyin edə bilərik.
- HSS serverini istismara verdikdən sonra
Siz, çox güman ki, 4G şəbəkəsində trafik artımını müşahidə etdiniz?
- HSS serverini işə salmazdan əvvəl biz
bilavasitə abunəçilərlə təmasda olan tərəfdaşlarımızla çalışmışıq. Əsas məsələ
4G şəbəkəsinə avtomatik qoşulma mümkünlüyü barədə informasiyanın abunəçilərin
diqqətinə çatdırılmasından ibarət idi. Axı USIM kartlarının 4 ilə yaxın müddətdir
təqdim edilməsinə baxmayaraq, bir çox abunəçilər müxtəlif səbəblərdən 4G-dən
istifadə etməyə başlamamışlar. Bəzi abunəçilər dördüncü nəsil şəbəkəsini dəstəkləyən
smartfonları yenicə əldə etmiş, lakin Azercell Ekspres ofislərinə gəlmək
imkanları olmamış, bəziləri isə geniş
zolaqlı rabitənin hansı üstünlüklərə malik olması barədə, ümumiyyətlə, düşünməmişlər.
Lakin uyğunlaşma dövrü artıq geridə qalmış, bu gün isə biz müsbət statistik
göstəricilər əldə edirik. HSS serveri istismara verildiyi ilk iki gün ərzində
4G şəbəkəsinə avtomatik qoşulma imkanından yararlanmış abunəçilərin sayı 150
min nəfər təşkil etmişdir. Bu abunəçilərin sayı müsbət dinamika ilə artmaqdadır.
- Layihənin icrasında iştirak etmiş geniş tərkibli
komandanız barədə məlumat verərdiniz?
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 