• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Leontyev ermənilərə “arvad” dedi

Leontyev ermənilərə “arvad” dedi
07.05.2018 10:42
Rusiyalı məşhur jurnalist Mixail Leontyevin Ermənistanla bağlı ifadələri Ermənistanda kəskin reaksiyaya səbəb olub.

Axar.az xəbər verir ki, Leontyevin çıxışı ilə bağlı təkcə Ermənistan mətbuatı yox, həm də rəsmi dairələr də açıqlama yaymağa başlayıb.

Rusiyanın Ermənistandakı səfirliyi qismən də olsa, Leontyevin bu çıxışını qınayıb. Səfirlik Leontyevin çıxışının onun öz şəxsi fikri olduğu və Ermənistan-Rusiya münasibətlərinə təsir etmədiyini bildirib. Səfirlik Ermənistanla münasibətlərdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndə Mariya Zaxarovanın fikirlərinə uyğun formada hərəkət etdiyini açıqlayıb.

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan isə məsələyə öz Feysbuk səhifəsində münasibət bildirib. Onun sözlərinə görə, Leontyevin tarix və geosiyasət məsələsindən heç bir anlayışı yoxdur. O, həmçinin, jurnalistin ölkədə yaranmış vəziyyətlə bağlı məlumatlı olmadığını deyib. Toqonyanın fikrincə, Leontyevin fikirləri provokasiya xarakteri daşıyıb.

Ermənilərin Rusiyadakı ən böyük diasporu olan Rusiya Erməniləri İttifaqı isə Leontyevin Ermənistanla bağlı ifadələrini kəskin şəkildə qınayıb. Diaspor qanunvericilik çərçivəsində Leontyevlə hesablaşacağını rəsmən bəyan edib.

Qeyd edək ki, dünən "Rosneft” şirkətinin vitse-prezidenti və mətbuat katibi Leontyev Ermənistandakı hadisələri kəskin şəkildən qınayan açıqlamalar yayıb. O, ermənilərin Azərbaycanla Rusiya münasibətlərinə kölgə salmağa çalışdığını bildirib:

"Bu yük lap əvvəldən olub. Əgər onlar ayrılmaq istəyirlərsə, o zaman, üzr istəyirəm, "arvad, arabadan düş, sənsiz daha rahatdır” (qədim rus deyimi, "yaxşı yol”, "xoş getdin” mənasında) və hər şeyə nöqtə qoyaq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Dünya 12:32
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Dünya 12:02
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Dünya 11:34
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Azərbaycanlı qız erməni ilə VİDEO
Siyasət 11:20
Azərbaycanlı qız erməni ilə VİDEO
Putinin yeni limuzininin qiyməti məlum oldu
Dünya 11:06
Putinin yeni limuzininin qiyməti məlum oldu
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Dünya 10:54
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Dünya 10:48
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Putin etiraf etdi:
Dünya 10:38
Putin etiraf etdi: "Sərnişin təyyarəsinin vurulması əmrini mən verdim!"
Rusiyada xalq ayağa qalxdı:
Dünya 10:24
Rusiyada xalq ayağa qalxdı: "İstefa" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol