• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Bakı Aeroportuna “Beş Ulduz” verilib

Bakı Aeroportuna “Beş Ulduz” verilib
07.05.2018 15:06
Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanınlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards”un maksimal "Beş Ulduz” statusuna layiq görülüb.

Anews.az xəbər verir ki, təntənəli mükafatlandırma mərasimi mayın 7-də, Bakıda keçirilib.

Mərasim çərçivəsində Bakı hava limanının girişində yerləşən və onun beş ulduz statusunu simvolizə edən stelanın açılışı baş tutub. Tədbir iştirakçıları yeni aerovağzal kompleksi Terminal 1-də yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı, bütün dünya üzrə bu ən yüksək statusa cəmi səkkiz aeroport layiq görülüb.

"Bizim hər bir növbəti qələbəmiz Azərbaycan prezidenti İlham Əliyevin mülki aviasiya sahəsinə, eləcə də, bütün kollektivin gərgin əməyinə böyük diqqət və qayğısının göstəricisidir. "Skytrax” kimi nüfuzlu audit şirkəti tərəfindən ən yüksək qiymətləndirməyə layiq görülmək həm Azərbaycanın mülki aviasiyası, həm də ümumiyyətlə ölkə üçün çox böyük nailiyyətdir.

"Beş Ulduz” reytinqi son illərdə ölkəmizdə bu sahənin inkişafı üzrə görülən böyük işlərin bariz nümunəsidir", - deyə "Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov bildirib. 

"Heydər Əliyev Beynəlxalq Aeroportunu bu böyük nailiyyət -  beş ulduzlu regional aeroport reytinqinə layiq görülməsi münasibətilə təbrik edirəm. Bu yüksək qiymətləndirmə müştəri xidməti sahəsində böyük keyfiyyət nişanıdır. Heydər Əliyev Beynəlxalq Aeroportunun rəhbərliyi son üç ildə genişmiqyaslı iş aparıb və nəticədə regional aeroport üçün ən yüksək qiymətləndirməyə nail olub”, - "Skytrax”ın baş direktoru Edvard Pleysted qeyd edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü il 23 aprel tarixində istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. Yeni terminalın açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev çıxış edərkən vurğulayıb ki, hava nəqliyyatının inkişafı Azərbaycanda dövlətin öz dəstəyini əsirgəmədiyi prioritet məsələlərdən biridir.

"Burada sərnişinlər üçün bütün lazımi şərait yaradılıb. Çox rahat istirahət zonaları, ictimai yerlər, böyük hollar tikilib. Yuxarıdan baxanda isə bu bina qanadlarını açmış böyük quşa bənzəyir. Necə ki, bu gün Azərbaycan da inkişafdadır, Azərbaycan da öz qanadlarını geniş açıb, irəliyə gedir, iqtisadi inkişaf templərinə görə dünyada birinci yerdədir”, - deyə dövlət başçısı qeyd edib.

Son bir neçə ildə Azərbaycan paytaxtının hava limanı sərnişin dövriyyəsinin stabil artımını nümayiş etdirir. 2017-ci ildə sərnişin axını dörd milyon nəfərdən çox olub. 30-dan çox aviaşirkət 40-dan artıq müxtəlif istiqamət üzrə Heydər Əliyev Beynəlxalq Aeroportundan müntəzəm və çarter reysləri yerinə yetirir.

Qeyd edək ki, "Skytrax” tərəfindən keçirilən və 550 hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən aeroportların qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır.

İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil və buna görə də hava limanının mükəmməllik və keyfiyyəti üzrə obyektiv göstəricidir. İnspeksiya dövründə "Skytrax” 100 ölkədən 13,73 milyon sərnişin arasında sorğu keçirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:22
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol