• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Medvedev namizədlərini açıqladı

Medvedev namizədlərini açıqladı
08.05.2018 12:00
Rusiya prezidenti Vladimir Putinin baş nazir postuna namizəd kimi təqdim etdiyi Dmitri Medvedev Nazirlər Kabinetinin rəhbər heyətinə öz təkliflərini səsləndirib. 

Anews.az xəbər verir ki, təklif olunan namizədlər sırasında bundan öncəki kabinetdə baş nazirin müavinləri olan şəxslərin adları daxil olmayıb.

Bunlar İqor Şuvalov, Arkadi Dvorkoviç, Sergey Prixodko, Dmitri Roqozun, Yuri Trutnev, Aleksandr Xloponindir. 

Anton Siluanov yeni hökumətdə maliyyə naziri vəzifəsində qalacaq. O, iqtisadi blokun kuratoru olacaq. 

Siluanovdan başqa Medvedev özünə müavin kimi Tatyana Qolikova, Aleksey Qordeyev, Dmitri Kozak, Vitali Mutko, Yuri Borisov, Olqa Qolodets və Maksim Akimovu namizəd göstərib.

Əvvəlki hökumətdə müdafiə nazirinin müavini olan Yuri Borisov baş nazirin hərbi-sənaye kompleksi məsələləri üzrə müavini olacaq. O, bu vəzifədə Dmitri Roqozini əvəz edəcək.

Dmitri Kozak sənaye və enerji üzrə müavin olacaq. Ona qədər bu vəzifəni Arkadi Dvorkoviç tuturdu. 

Bununla yanaşı, Medvedev nazir postlarına namizədlərini açıqlamayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
İsrail Ordusu Qəzzada iki yaraqlının zərərsizləşdirildiyini bildirib
Dünya 23:20
İsrail Ordusu Qəzzada iki yaraqlının zərərsizləşdirildiyini bildirib
İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb
Dünya 20:30
İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb
Çin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb
Dünya 19:36
Çin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb
Hakan Fidan Suriyaya səfər edəcək
Dünya 18:43
Hakan Fidan Suriyaya səfər edəcək
Rusiyada pansionatda 40-dan çox insan zəhərlənib, ölənlər var
Dünya 18:26
Rusiyada pansionatda 40-dan çox insan zəhərlənib, ölənlər var
Ukrayna hərbçiləri Rusiyanın iki "Su-27" qırıcısını vurub
Dünya 14:08
Ukrayna hərbçiləri Rusiyanın iki "Su-27" qırıcısını vurub
İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edilib
Dünya 11:30
İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edilib
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Dünya 08:55
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol