• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Putin İlham Əliyevə məktub göndərdi

Putin İlham Əliyevə məktub göndərdi
08.05.2018 15:18
Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qazanılan qələbənin 73-cü ildönümü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik məktubu ünvanlayıb.

AzVision.az xəbər verir ki, Rusiya dövləti başçısının təbrik məktubunda bildirilib ki, Qələbə Günü - müharibə cəbhələrində çiyin-çiyinə vuruşmuş, arxa cəbhədə fədakarlıqla çalışmış və vətəninin, bütün bəşəriyyətin faşizmdən xilas etmək naminə qəhrəmanlıq etmiş xalqlarımızın misilsiz və həmrəylik rəmzi olan müqəddəs tarixdir. 

Vladimir Putin Böyük Vətən müharibəsi hadisələri barədə həqiqətlərin gənc nəslə ötürülməsinin vacibliyini xüsusi qeyd edib, həmçinin vurğulayıb ki, indiki nəsillərin əsas vəzifəsi keçmişin faciəli hadisələrin təkrarlanmasına yol verməməkdir. 

Rusiya prezidenti əmin olduğunu bildirib ki, qardaş dostluğu ənənələri və sərt sınaqlar dövründə qarşılıqlı yardım ölkələrimiz arasında münasibətlərin inkişafı üçün etibarlı zəmin olacaqdır.

Vladimir Putin bütün müharibə veteranlarına və arxa cəbhə əməkçilərinə səmimi minnətdarlıq sözlərini çatdırıb, onlara möhkəm cansağlığı, uzun ömür, sülh və firavanlıq arzulayıb. 

V. Putin Azərbaycanın dövlət başçısı ilə yanaşı Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də tanınmamış Abxaziya və Cənubi Osetiya respublikalarının liderlərinə təbrik məktubu göndərib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 17:09
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 14:25
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Siyasət 12:50
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
Siyasət 12:38
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Siyasət 11:00
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Siyasət 23:12
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Siyasət 14:12
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Siyasət 13:05
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol