• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

“Bu il “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 5 hasilat quyusu qazılaraq, təhvil verilib”

“Bu il “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 5 hasilat quyusu qazılaraq, təhvil verilib”
09.05.2018 11:00
"Əsrin müqaviləsi” son onilliklərdə ölkəmizdə həyata keçirilən regional və qlobal əhəmiyyətli digər layihələr üçün yol açmışdırş

"Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Azərbaycan" qəzetində dərc olunan "Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası Azərbaycanın davamlı inkişafının təməlini qoymuşdur" adlı məqaləsində bildirib.

Onun sözlərinə görə, axtarış-kəşfiyyat işlərinin intensivləşdirilməsi, yeni yataqların kəşf edilməsi və hesablanmanın daha müasir və dəqiq texnologiyalar əsasında yenidən aparılması nəticəsində Azərbaycanın karbohidrogen ehtiyatları şərti yanacaqla 10 milyard tona çatdırılıb.

"AÇG yataqlar bloku bu gün də neft-qaz ehtiyatları ilə kifayət qədər zəngindir. Ötən il layihənin 2050-ci ilədək uzadılmasını nəzərdə tutan yeni müqavilə imzalanmışdır. Daha əlverişli şərtlərlə imzalanmış və iqtisadi cəhətdən daha səmərəli olan bu yeni müqavilə xarici tərəfdaşlarımızın Azərbaycan dövlətinə və SOCAR-a olan etimadını bir daha bütün dünyaya nümayiş etdirmişdir. Möhtərəm Prezident İlham Əliyev bu müqaviləni "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsində yeni dövrün başlanğıcı kimi qiymətləndirmişdir”, - məqalədə deyilir.

R.Abdullayev qeyd edib ki, bu ilin ilk üç ayı ərzində "Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 5 hasilat quyusu qazılaraq, təhvil verilib, ümumilikdə 2018-ci ildə AÇG-də 12 hasilat və 4 suvurucu quyunun təhvili planlaşdırılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:22
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol