• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Səudiyyə Ərəbistanı nüvə silahı yaradır

Səudiyyə Ərəbistanı nüvə silahı yaradır
10.05.2018 23:18
"Əgər İran nüvə silahı əldə etsə, Səudiyyə Ərəbistanı da öz nüvə silahını hazırlayacaq”
 
AzVision.az xəbər verir ki, bu barədə Səudiyyə Krallığının xarici işlər naziri Adil Əl-Cübeyr CNN telekanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişindən birtərəfli qaydada çıxmaqla düz edib: 

"Bu saziş natamamdır və vaxt məhdudiyyətinə malikdir. Həmçinin, saziş İranın nüvə başlığı daşıya bilən ballistik raketlər hazırlaması, region ölkələrinin daxili işlərinə qarışması və rəsmi Tehranın terrorçuları dəstəkləməsi məsələlərini əhatə etmir. Əgər İran uranın zənginləşdirilməsi proqramını indikindən daha çox səviyyədə bərpa etsə, digər iştirakçı ölkələr də sazişdən çıxmalı və İrana qarşı təkrar sanksiyalar tətbiq etməlidir.” 

Əl-Cübeyr xüsusilə vurğulayıb ki, rəsmi Ər-Riyad İranın nüvə təhlükəsinə qarşı öz xalqını müdafiə etmək üçün bütün vasitələrdən, o cümlədən nüvə silahı yaratmaqdan istifadə edəcək. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
İsrail Ordusu Qəzzada iki yaraqlının zərərsizləşdirildiyini bildirib
Dünya 23:20
İsrail Ordusu Qəzzada iki yaraqlının zərərsizləşdirildiyini bildirib
İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb
Dünya 20:30
İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb
Çin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb
Dünya 19:36
Çin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb
Hakan Fidan Suriyaya səfər edəcək
Dünya 18:43
Hakan Fidan Suriyaya səfər edəcək
Rusiyada pansionatda 40-dan çox insan zəhərlənib, ölənlər var
Dünya 18:26
Rusiyada pansionatda 40-dan çox insan zəhərlənib, ölənlər var
Ukrayna hərbçiləri Rusiyanın iki "Su-27" qırıcısını vurub
Dünya 14:08
Ukrayna hərbçiləri Rusiyanın iki "Su-27" qırıcısını vurub
İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edilib
Dünya 11:30
İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edilib
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Dünya 08:55
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol