• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Leyla Əliyeva və oğlanları abadlaşdırılan həyətdə - FOTO

Leyla Əliyeva və oğlanları abadlaşdırılan həyətdə - FOTO
10.05.2018 14:03
Mayın 10-da IDEA İctimai Birliyinin təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilən "Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib.

Axar.az xəbər verir ki, yenilənmiş növbəti həyət Nizami rayonu, Məmməd Xəlil Şərifli və Şirin Mirzəyev küçələrinin kəsişməsində 10 minə yaxın sakinin məskunlaşdığı 7 çoxmərtəbəli binanı əhatə edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

"Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan və 6 min kvadratmetr sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib və idman alətlərindən ibarət kiçik meydança salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqlarını nəzərə alaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 150-yə yaxın ağac və kol, 1500-ə yaxın dekorativ gül əkilib.

Qeyd edək ki, "Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Nizami rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan dördüncü həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol