• $
  • £

Namiq Əliyev güləş federasiyasına qaytarıldı

Namiq Əliyev güləş federasiyasına qaytarıldı
29.05.2020 09:23
Bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan Güləş Federasiyasının (AGF) seçki konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov güləşçilərimizin son illərdə qazandığı qələbələrdən söz açıb.
 
Nazir Avropa çempionatından 18 medal ilə vətənə qayıdan idmançılarımıza təşəkkür edib, onlarla qürur hissi duyduğunu bildirib.

Rəhimov deyib ki, AGF-də yaşanan problemlərə baxmayaraq, idmançılarımızın uğurlu qələbələri işlərin düzgün şəkildə qurulmasından xəbər verir: "Növbəti sınaq, Argentinada keçiriləcək Yeniyetmələri Yay Olimpiya Oyunları olacaq ki, bu istiqamətdə də uğurlu nəticələrin olacağına ümid edirik”.

Nazir sonra Namiq Əliyevin yenidən AGF-yə dəvət olunduğunu və I vitse-prezident vəzifəsində çalışacağını diqqətə çatdırıb: "O, güləş aləmində kifayət qədər tanınan və güləşimizin inkişafına öz töhfəsini vermiş insandı. Əliyevin yenidən federasiyaya dönüşü hər kəs tərəfindən çox müsbət qiymətləndirilib. Firdovsi Umudov da komandamızın daim vətənə qələbələrlə qayıtmasında xüsusi zəhməti və xidməti olan insandı. Əminəm ki, federasiyanın vitse-prezidenti və yığmanın baş məşqçisi olaraq bundan sonra da zəhmətini əsirgəməyəcək.”

Namiq Əliyev, Firdovsi Umudov və digər vitse-prezident Elçin Cəfərov Gənclər və İdman Nazirliyinə daim göstərilən dəstək üçün təşəkkürlərini bildiriblər. Onlar Argentinada keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları və 2 ildən sonra Tokioda gerçəkləşəcək Olimpiadaya da xüsusi hazırlaşacaqlarına söz veriblər.

Qeyd edək ki, Əliyev 2007-2017-ci illərdə də AGF-in I vitse-prezidenti vəzifəsində çalışıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol