• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Trampın qərarı Bakıya milyardlar qazandıracaq – Şərh

Trampın qərarı Bakıya milyardlar qazandıracaq – Şərh
11.05.2018 11:30
İrana qarşı sanksiyaların genişləndirilməsi neft bazarına gözlənilən təsirlərini göstərməkdədir. Neftin bir barrelinin qiyməti son illər ilk dəfə olaraq 77 dolları keçdi. Azərbaycan neftinin bir barrelinin qiyməti isə 80 dollarlıq psixoloji həddə yaxınlaşır.

Axar.az xəbər verir ki, bu sözləri Trampın İranla bağlı qərarının dünya bazarında neftin qiymətlərinə təsiri məsələsini şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, ABŞ prezidentinin son qərarı neft bazarına həm psixoloji, həm də iqtisadi təsirlər göstərir:

"Belə ki, ötən il 2.13 milyon barrel gündəlik neft ixracatına malik olan İranın 2018-ci ilin növbəti aylarında "qara qızıl” nəqlini gündəlik 500 min barrel azaltması təhlükəsi var. Bu, iqtisadi baxımdan neftin hər barrelində 6 dollar artım deməkdir. Sanksiyalar fonunda gələn il cənub qonşumuz dünya bazarına gündəlik daha 150 min barrel az neft çıxara bilər. Bu isə neft bazarında təklifin hiss ediləcək səviyyədə azalması demək olacaq”.

İqtisadçının sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə bir il öncə 110 milyard dollarlıq silah alveri imzalayan ABŞ administrasiyası neftin dünya bazar qiymətinin yüksəlməsini əvvəlki kimi həssaslıqla qarşılamır:

"Yüksək qiymətlər Ağ Evin Yaxın Şərqdəki silah alıcıları olan müttəfiqlərinin də gəlirlərini artırır. Səudiyyə üçün neftin bir barrelinin qiymətinin 85 dollar olmasının məqbul hədd sayıldığını nəzərə aldıqda hazırkı qiymət Ər-Riyadın maraqlarına tam uyğun gəlir”.

V.Bayramov İrana tətbiq edilən sanksiyaların Azərbaycana birbaşa və dolayı təsirlərindən də danışıb:

"Neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycana daxil olan valyutanın həcminin artmasına gətirib çıxarır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hesablamarına görə, neftin 2018-ci ildə bir barrelinin orta qiyməti 70 dollar olarsa, o zaman Azərbaycan əlavə olaraq 4,282 milyard manat, 75 dollar olarsa, 5,139 milyard manat gəlir əldə edəcək. Bu isə ölkənin daxilolmalarının artması baxımdan vacibdir”.

Ekspert qeyd edib ki, bununla yanaşı, sanksiyalar İranla əlaqələrimizə də təsir göstərəcək:

"Artıq əksər Azərbaycan bankları İran şirkətlərinə pul köçürmələrini dayandırıblar. Sanksiyalar birgə layihələrin də reallaşmasına mənfi təsir göstərə bilər. Bununla yanaşı, sanksiyaların digər ölkələrə təsirləri Avropa Birliyinin mövqeyindən asılı olacaq. Qədim qitə Trampın son addımını dəstəkləməməkdə davam edərsə, o zaman yeni sanksiyalar İranla iqtisadi əlaqələrimizə daha az təsir göstərəcək”.

Qeyd edək ki, Tramp İranla nüvə anlaşmasından çıxdığını bəyan edib. ABŞ prezidenti Tehrana qarşı sanksiyaların bərpa ediləcəyini açıqlayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:22
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol