• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

"BP Azərbaycan" Xalq Cümhuriyyətinin qurucularına həsr edilmiş kitabı təqdim edib

11.05.2018 13:51
Bu gün "BP Azərbaycan" şirkəti Şərqin ilk demokratik respublikasının qurucuları olan 59 nəfərin xatirəsinə həsr edilmiş tədqiqat kitabını ictimaiyyətə təqdim edib.

Anews.az-ın məlumatına görə, "Cümhuriyyətin qurucuları" adlı kitabın müəllifi tarixçi alim Nəsiman Yaqubludur.

Bakıda Rəsmi Qəbullar Sarayında kitabın təqdimatı mərasimində çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, "Cümhuriyyət qurucuları" adlı kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə BP-nin hədiyyəsidir: "Cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cumhuriyyət Azərbaycan xalqının milli qürur mənbələrindən biridir. Cümhuriyyət qurucularının xalqın tarixinə töhfəsi əvəzsizdir və BP fəxr edir ki, istiqlal mübarizəsi aparmış bu 59 nəfərin xatirəsinə həsr edilmiş tədqiqat işinə və kitabın nəşrinə dəstək verib. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib. Azərbaycanın ilk demokratik respublikası əsl milli dəyərdir və BP şirkəti olaraq biz cümhuriyyətin 100 illiyini bayram edilməsinə qoşulmaqdan və xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq".

Bu kitab Azərbaycan, Gürcüstan, Türkiyə Rusiya Almaniya və Polşanın arxivlərində uzun müddət aparılmış geniş tədqiqatın nəticələrini əks etdirir. Kitabda tarixi məlumatlar, faktlar 59 cümhuriyyət qurucusunun həyatından götürülmüş məqamlar, həmçinin onların hökumət və dövlət rəhbərləri kimi faciəli şəkildə sona çatmış qısa fəaliyyətləri haqqında məlumatlar öz əksini tapıb.

Qeyd edək ki, "BP Azərbaycan" şirkəti həmçinin Azərbaycan Respublikasının son gününü və faciəvi süqutunu təsvir edən "Sonuncu iclas adlı sənədli filminin də sponsorudur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:22
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol