• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

İTV-yə yeni direktor təyin olundu

İTV-yə yeni direktor təyin olundu
29.05.2020 08:33
Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib.

İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasından APA-ya daxil olan məlumata görə, bu barədə qərar İTV Yayım Şurasının bugünkü iclasında qəbul edilib.

Məlumatda qeyd olunub ki, C. Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı şuraya rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.

Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

Cəmil Quliyev deyib ki, səhhətində yaranmış problemlər eyni zamanda həm İTV-nin baş direktoru kimi məsuliyyətli vəzifənin keyfiyyətli icrasına, həm də çoxsaylı yaradıcılıq planlarını həyata keçirməsinə imkan verməyib: "Ona görə də belə qərara gəldim ki, bundan sonra yalnız mədəniyyət, incəsənət və elm sahəsində, habelə ictimai fəaliyyətimi davam etdirim və nəzərdə tutduğum planları həyata keçirim.

Mən İTV-nin baş direktoru vəzifəsində göstərilən etimada görə, ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Eyni zamanda İTV Yayım Şurasının üzvlərinə, televiziyanın kollektivinə təşəkkür edir və onlara gələcək fəaliyyətlərində yeni yeni uğurlar arzulayıram.

Onu da deməyi özümə borc bilirəm ki, hansı sahədə çalışmağımdan asılı olmayaraq, həmişə cənab Prezidentin sadiq əskəri olacam, Azərbaycan  mədəniyyətinin, incəsənətinin inkişafına bacardığım töhfəni verməyə çalışacam”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol