• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Lənkəranskinin adamlarını güllələyən millinin futbolçusu imiş - VIDEO

Lənkəranskinin adamlarını güllələyən millinin futbolçusu imiş - VIDEO
29.05.2020 02:53
Martın 30-na keçən gecə Ukraynanın Xarkov şəhərində yerləşən "Ağdam” restoranının qarşısında kalaşnikov avtomatından atəş açaraq bir Azərbaycan vətəndaşının ölümünə səbəb olan killerlər saxlanılıb.

Anews.az Yenicag.az-a istinadən xəbər verir ki, onlardan biri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Haqverdi Yusifovdur. Kriminal aləmdə "Malış Dnepr” ləqəbi ilə tanınan Yusifov Moldova üzərindən Ukraynadan Türkiyəyə qaçarkən saxlanılıb.

Saxlanılan digər 32 yaşlı şəxsin azərbaycanlı olduğu dəqiq bilinsə də, adı hələlik məlum deyil. Sözügedən şəxslər barədə 72 saatlıq həbs qərarı çıxarılıb. Onlar yerli hüquq-mühafizə orqanları tərəfindən Ukraynaya təhvil veriləcək.

Qeyd edək ki, silahlı hücum edənlərin "Lotu Quli” ləqəbi ilə tanınan "qanuni oğru” Nadir Səlifovun briqadasının üzvləridir. Haqverdi İsayevin hətta bir müddət əvvəl "Lotu Quli” ilə birlikdə çəkilmiş şəkili də yayılmışdı.

Xatırladaq ki, "Ağdam” restoranından çıxan bir qrup qafqazlı restoranın qarşısında dayanmış avtomobildəki silahlı şəxslər tərəfindən atəşə tutulub. Avtomobildə 4 nəfər olub. Onlardan ikisi kalaşnikov avtomatı ilə restorandan çıxanlara yaylım atəşi açıb. Bu zaman Azərbaycan vətəndaşı, Xarkov bazarlarının birində ticarətlə məşğul olan 32 yaşlı İsmayılov Zaur Əziz oğlu ölüb. Əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb. Hücuma məruz qalanlar isə 2016-cı ildə İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin tərəfdarları olub.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Dünya 12:32
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Dünya 12:02
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Dünya 11:34
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Azərbaycanlı qız erməni ilə VİDEO
Siyasət 11:20
Azərbaycanlı qız erməni ilə VİDEO
Putinin yeni limuzininin qiyməti məlum oldu
Dünya 11:06
Putinin yeni limuzininin qiyməti məlum oldu
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Dünya 10:54
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Dünya 10:48
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Putin etiraf etdi:
Dünya 10:38
Putin etiraf etdi: "Sərnişin təyyarəsinin vurulması əmrini mən verdim!"
Rusiyada xalq ayağa qalxdı:
Dünya 10:24
Rusiyada xalq ayağa qalxdı: "İstefa" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol