MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?

"MİDA güzəştli mənzil satışında uğursuzluğuna əsas səbəb olan, mənzillərin onlayn satışı günü "çökən” "Güzəştli Mənzil” informasiya sisteminin hazırlanması üçün risk şirkətinə 260 000 min manat vəsait ayrılıbmış".
Anews.az xəbər verir ki, bu fikirləri İKT mütəxəssisi Osman Gündüz səsləndirib. Mütəxəssis qeyd edib ki, hələ üstəlik, "Güzəştli Mənzil ”informasiya” sisteminin proqram təminatı üçün lisenziyaların və informasiya texnologiyaları (İT) xidmətlərinin satın alınması üçün də MİDA bu şirkətə əlavə olaraq 500.000 min manat vəsait ayırıbmış .
"Düşünürəm ki bu qədər vəsaitlə nəinki sistemin çökməsinin qarşısını almaq, hətta daha bir alternativini yaratmaq, alternativ kanallar əldə etmək, bir neçə səviyyəli İT support təmin etmək, nüfuzlu mütəxəssisləri, İT qurumları dəvət eməklə sistemin dayanıqlığını test etmək olardı. Baş verənlər göstərir ki, sistemin dayanıqlı və təhlükəsiz fəaliyyəti üçün atılan addımlar yetərli olmayıb".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər