• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Ordumuz genişmiqyaslı döyüşə tam hazırdır

Ordumuz genişmiqyaslı döyüşə tam hazırdır
12.05.2018 13:56
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

MN-dən anews.az-a verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Ali Baş Komandanın ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mərasimdəki nitqində Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Ordusunun hərbi potensialı haqqında söylədikləri fikirlərə əsaslanaraq Müdafiə naziri vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

General-polkovnik Z.Həsənov Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra bu ölkənin müxtəlif səviyyəli rəsmi şəxsləri, o cümlədən yeni baş nazirin münaqişə ilə bağlı məsuliyyətsiz çıxışlarına da münasibət bildirib.

Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edən Müdafiə naziri bildirib ki, düşmənin bu cür hərəkətləri qəbuledilməzdir və Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır.

Nazir cəbhədəki mövcud vəziyyəti geniş təhlil edərək düşmənin ön xətdə və müdafiəsinin dərinliyindəki fəaliyyətlərini daim nəzarətdə saxlamaq, ehtimal olunan addımlarına hər an hazır olmaq, eləcə də onun mümkün təxribatlarının qarşısını dərhal almaq məqsədilə qətiyyətli tədbirlər görülməsi barədə əmr verib.

General-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi ilə bağlı təntənəli tədbirlərin təşkili və yüksək səviyyədə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamından irəli gələn tələbləri rəhbər heyətə çatdıraraq cavabdeh şəxslərə müvafiq göstərişlər verib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Siyasət 12:33
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Siyasət 11:52
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Ermənistandan Qarabağda müharibə anonsu
Siyasət 11:51
Ermənistandan Qarabağda müharibə anonsu
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Siyasət 11:31
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Ramil Usubov yeni rəis təyin etdi
Siyasət 11:29
Ramil Usubov yeni rəis təyin etdi
Ermənilər Bakı adı ilə şantaj edilir – Cəbhədə hücum olacaq?
Siyasət 11:21
Ermənilər Bakı adı ilə şantaj edilirCəbhədə hücum olacaq?
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
Siyasət 11:20
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
DİQQƏT! Bu cərimə ləğv olundu
Siyasət 11:07
DİQQƏT! Bu cərimə ləğv olundu
Sarkisyan Aprel döyüşlərindən danışdı
Siyasət 10:55
Sarkisyan Aprel döyüşlərindən danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol