• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Paşinyan rusiyadakı ermənilərə çağırış etdi

Paşinyan rusiyadakı ermənilərə çağırış etdi
14.05.2018 10:08
Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 13-ü gecə saatlarında Soçi şəhərinə gedib.

Axar.az xəbər verir ki, Müqəddəs Qriqori kilsəsində erməni miqrantlarla görüşən Paşinyan Ermənistanla Rusiya arasındakı qarşılıqlı münasibətlərin "qardaşlıq xarakterini” dəfələrlə vurğulayıb, Rusiya hakimiyyətinə erməni icmasının Rusiyada yaşamasına və işləməsinə imkan verəcək milli dostluq mühiti yaratdığı üçün təşəkkür edib.

Bununla belə, Nikol Paşinyan yeni erməni hökumətinin əsas strategiyasının ermənilərin vətənlərinə qayıtması üçün ilkin şərtlər yaratmaq məqsədi daşıdığını qeyd edib.

"Biz qardaş Rusiyaya sizin rahat yaşaya və işləyə biləcəyiniz mühit təmin etdiyi üçün təşəkkür edirik. Bununla belə, demək istəyirəm ki, sizin öz evinizə, Ermənistana qayıda bilməniz üçün də çalışacağıq”, - Paşinyan bildirib.

Erməni baş naziri varlı erməni iş adamlarını Ermənistan iqtisadiyyatına sərmayə qoymağa da çağırıb. O, "yeni Ermənistan”da hər bir investisiyanı dövlətin qoruyacağına və onlara qarşı heç bir təcavüz olmayacağına zəmanət verib.

Xatırladaq ki, Soçidə keçiriləcək Avrasiya İttifaqı zirvəsində Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə də görüşü nəzərdə tutulub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
İsrail Ordusu Qəzzada iki yaraqlının zərərsizləşdirildiyini bildirib
Dünya 23:20
İsrail Ordusu Qəzzada iki yaraqlının zərərsizləşdirildiyini bildirib
İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb
Dünya 20:30
İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb
Çin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb
Dünya 19:36
Çin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb
Hakan Fidan Suriyaya səfər edəcək
Dünya 18:43
Hakan Fidan Suriyaya səfər edəcək
Rusiyada pansionatda 40-dan çox insan zəhərlənib, ölənlər var
Dünya 18:26
Rusiyada pansionatda 40-dan çox insan zəhərlənib, ölənlər var
Ukrayna hərbçiləri Rusiyanın iki "Su-27" qırıcısını vurub
Dünya 14:08
Ukrayna hərbçiləri Rusiyanın iki "Su-27" qırıcısını vurub
İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edilib
Dünya 11:30
İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edilib
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Dünya 08:55
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol