Fransa Ukrayna ərazisini Rusiya kimi göstərdi
Fransa Mədəniyyət nazirliyi Sevastopolun yerini xəritədə səhv göstərib.
Trend-in məlumatına görə, "Muzeydə gecə-2018" beynəlxalq tərbirində Sevastopolda yerləşən Kroşitski muzeyinin Rusiyada yerləşdiyi qeyd olunub.
Daha sonra səhv düzəldilib və Rusiyanın yerinə Ukrayna yazılıb.
Qeyd edək ki, Krım 2014-cü ildə yarımadada keçirilən referendum nəticəsində Rusiyanın tərkibinə qatılıb. Ukrayna və Qərb ölkələri səsvermənin nəticələrini tanımır. Rusiya Prezidenti Vladimir Putin isə deyib ki, Krım "söhbəti" birdəfəlik bağlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər