Azərbaycanda yayılan xəbərlərin 20% fake-dir
Qənirə Ataşova
"Mütləq "Fake news” dərsini al. Vətənində nəyin yalan, nəyin dogru oldugunu daha aydın görəcəksən". Hawaiidən olan professorum James Mossesin etdiyi təkliflə, bu dönəm "Fake news” dərsini alanlar sırasındayam. Əvvəla deyim ki, bu termini mediyaya Amerika Birləşmış Ştatlarının prezidenti Donald Tramp gətirib. O, prezident olandan sonra ilk mətbuat konfransında CNN müxbirinə xitabən "Sənə sual vermək haqqı vermirəm, cünki sən yalan xəbərsən” deyərək bombanı partlatmışdı. Bunun ardınca Brləşmiş ştatlarda olan siyasət və jurnalistika sahəsini öyrədən inistitutlar "Fake News” elmini araşdırmağa başlayıblar.
Araşdırmalar göstərir ki, hər il orta hesabla yayılan xəbərlərin 19 faizi yalan olur. Ən cox Şimali Koreya, Kuba, Sudan, Turkmənistan, İran yalan xəbərə yer verir. Azərbaycan isə bu sırada 20 faizlə qərarlaşıb. Bu statistika məmur və rəsmilərin verdiyi xəbərlər arasinda aparılıb. Bəs biz yalan xəbərləri harda görürük?
Xatırlayırsınızsa Sosial Müdafiə Fondu yaradılanda fondun sabiq rəhbəri Səlim Müsümov elə mənim də calışdığım ANS efirindən xalqı inandırmağa calışırdı ki, edilən dəyişikliklər əhalinin yaxşı pensiya alması ücündür. Təxminən 15 il eyni yalanı eşitdik. Nəticədə Səlim Müslümovun var gücü ilə Azərbaycan xalqının yaşlısının təqaüd ala bilməməsi ücün calışdığını gördük. Bu sadəcə bir nümunə idi. Bunun kimi 100-lə misal cəkmək olar.
Bəs bunun zədəsi nə olur? Yalan xəbər ağır xəstəlik kimidir. Toplumun dünya görüşünü zədələməklə yanaşı, həm də ötürülür. Cəmiyyətdə ağırlıq yaradır. Bu ağırlıq bir gün cökür. İqtisadi və siyasi fəlakətlərə yol acır.
Bu elmi tədris edənlər onu da öyrədirlərki, hökumtlər bir cox halda xalqın diqqətini yayındırmaq ücün meydana yalan xəbərlər atır. Bu xəbərlər xüsusən hakimiyyətlərin maragını qoruyacaq addımlar atılarkən yayılır. Məsələn virtual bir məmləkətdə, virtual nazir oğluna önəmli vəzifə verir. Bu xəbərin sok effekti yaratmasının qarşısını aımaq ücün hər hansı bir tanınmışın özəl həyatına daır xəbəri mediyaya ötürürlər. Bu zaman təbbi olaraq fizikada olduğu kimi cəzbetmə qüvvəsi işə düşür və seksual aclığı olan cəmiyyətlərin insanları daha cox o xəbərin dalınca qacır.
Yəni insanların gələcəyinə təsir edə biləcək addım kölgədə qalır.
Yalan xəbər insanların qanına işlədıkcə onlar da bunu cəmiyyətə ötürməkdə davam edir. Kicik bir araşdırmanı siz də apara bilrsiz. Sosial mediyanın vətəni olan Amerikadan Azərbaycana baxanda yalnız bunu görmək olur. Facebook və İnstagram istifadəcilərimiz, bu platformadan yalnız getdikləri restoranı, yedikləri yeməyi və geyindikləri markanı nümayiş etdirmək ücün istifadə edir. Maarifləndirici paylaşımlar cox az halda rast gəlinir.
Amerikada isə insanlar yalnız öyrəndiklərini paylaşırlar. Gəlin özümüzü qoyaq Neftcalanın Aşağı Surra kəndində yaşayan Qənirənin yerinə. Hec vaxt kənd sərhədlərini aşmayan birisi olaraq o, hər gün paytaxtda müğənni Qənirənin paylaşımlarını, yediyi fərqli yeməkləri izləyir. Paytaxt Qənirəsi özünün guya xoşbəxt olduğunu göstərməklə digərlərinə də yaşamağın "asan” yolunu sərgiləmiş olur. Beləliklə yeni və yeni sənət sahibləri meydana gəlir. Yalan xəbərin yayıldığı platformalarda uğuru olan, elm adamı barədə cox az rast gəlinir. Hələlik bu missiyanı nə xoş ki, belə,belə işlər görməyə başlayıb. Amma bir layihə vəziyyəti tarazlaşdırmaq ücün cox azdır.
İnkişaf etmış ölkələr elə ABŞ-da orta məktəbdə sosial mediya davranışlarını və burda yazılan hər bir sözün məsuliyyətini uşaqlara azyaşından öyrədir. Cəmiyyəti sabahın daha böyük fəlakətindən qorumaq ücün. Sizi bilmirəm, mən Azərbaycanda artmaqda olan intiharların səbəbini də sosial mediya üzərindən insanların paylaşdığı şahşaha dolu yalan xəbərlərdə görürəm. Dərdin əlacı başqa yerdə deyil, hər birimizdədəir. Sevincinizi payıaşın, ugurunuzu paylaşın, başqalarının ugurunu da paylaşın. Restoranı, sufrənizi, qarderobunuzu xəbər yükü olmadan paylaşmayın. Bu yalanlar dönüb dolaşıb elə öz ayağınıza dolaşacaq.
www.anews.az