• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

İnam Kərimov hədəflərini açıqladı

İnam Kərimov hədəflərini açıqladı
16.05.2018 11:51
Bu gün Bakıda 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018” sərgisi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro-2018" sərgisi öz işinə başlayıb.

Axar.az xəbər verir ki, sərgini açan Kənd Təsərrüfatı naziri İnam Kərimov son illər Azərbaycan Prezidenti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini bildirib.

"Bunun nəticəsi olaraq iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatı yeni mərhələyə qədəm qoyub. Sosial-iqtisadi göstəricilərin yüksəldilməsi nəticəsində yerli istehsal məhsullarının rəqabatə davamlı ixrac imkanları genişlənib, ərzaq təhlükəsizliyinin təminatına öz töhvəsini verib”.

Nazir deyib ki, hazırda əsas istiqamət yüksək məhsuldarlığın təmini, ixrac imkanlarının artırılması, ərzaq təhlükəsizliyidir:

"Qarşıya qoyulan məqsədlərə çatmaq üçün kənd təsərrüfatında innovasiyalara, yeni yanaşmaların tətbiqinə başlanılıb. Hazırda prioritet məqsədimiz yüksək məhsuldarlıq, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, o cümlədən, qida təhlükəsizliyinin təmin edilməsidir. Bu sahədə innovasiyaların tətbiqi, fermerlərlə yaxınlıq, aqrar sahədə düzgün idarəçilik kənd təsərrüfatının əsas prinsipləri kimi bəyan edilib. Bu məqsədlərə çatılması üçün kənd təsərrüfatı məhsullarının istehsalında innovasiyaların tətbiqi bizim üçün prioritet olacaq. Aqrar sahənin təkmilləşdirilməsi, yerli və xarici iş adamları üçün məlumat mübadiləsində, biznes əlaqələrin qurulmasında bugünkü sərgilərin əhəmiyyəti var. Sevindirici haldır ki, əvvəlki illə müqayisədə həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi 12 faiz artıb. Sərgidə iştirak edən ölkələrin sayı 28-dən 34-ə, şirkətlərin sayı 331-dən 432-yə çatıb. Şirkətlərin 70 faizi xarici, 30 faiz isə yerli, "Made in Azerbaijan” brendi altında təmsil olunur. Bu sərgilər həm fermer, həm də iş adamlarının əməkdaşlıq məkanına çevrilib”.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə bildirib ki, bu cür sərgilər ölkədə sərbəst biznes mühitinə yaradılan imkandan xəbər verir:

"Hər il bu sərginin əhatə dairəsi genişləndirilir. İştirakçıların 70 faizinin xarici şirkət olması təsadüfi deyil. Bu ölkədə sağlam rəqabət mühitindən xəbər verir”.

Sədr onu da vurğulayıb ki, Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasında məqsəd ölkədə bu sahədəki risklərin qiymətləndirilməsidir:

"Əsas məqsəd əhalinin sağlam qida ilə təminatı və ixrac potensialının artırılmasıdır”.

Qeyd edək ki, sərgi iki gün davam edəcək. Sərgi Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:22
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol