• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Qaçqınları xələfinin üstünə Əli Həsənov özü qaldırıb?

Qaçqınları xələfinin üstünə Əli Həsənov özü qaldırıb?
16.05.2018 12:24
Baş nazirin müavini Əli Həsənov mətbuatda barəsində yayılan xəbərlərə münasibət bildirib. 

Anews.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "Yeni Müsavat” qəzetinin 16 may tarixli sayında dərc olunan "Əli Həsənov qaçqınları xələfinin üstünə qaldırdı” başlıqlı yazı ilə əlaqədar mövqeyini açıqlayan Ə.Həsənov deyib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində adətən hər ayın 15-i qəbul günüdür. 

O vurğulayıb ki, Dövlət Komitəsi məcburi köçkün soydaşlarımızın rəsmi müraciət yeri olduğu üçün həmin günlərdə iştirakçıların çox sayda olması normal haldır və bu proses 20 ildən artıq bir müddətdə mütəmadi davam edib: "Görünür qəzetin müxbiri yalnız 20 ildən sonra Komitənin qəbul günləri ilə maraqlanmağa başlayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırarkən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin etmişdir və hamı kimi mən də bu təyinatı çox uğurlu sayaraq ona hörmətlə yanaşıram. Yeni sədrə bildirmişəm ki, nə vaxt mənim məsləhətimə və yardımıma ehtiyacı olsa, hər zaman ona kömək etməyə hazıram.

O ki qaldı "Yeni Müsavat”da yazılan "köçkünlərin "Qaçqınkom”un qarşısına toplaşmasının təşkil edildiyi” iddiasına, qəzetin özünün də "bu iddiaların nə dərəcədə doğru olmasına” şübhə ilə yanaşdığı kimi, tam məsuliyyətlə və qətiyyətlə bildirirəm ki, bütün bunlar həqiqətən də reallıqdan uzaq olan uydurmalardır”. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol