• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Ermənistanı qan gölünə çevirməyə SÖZ VERDİLƏR - Terror qruplaşması HƏRƏKƏTƏ KEÇİR

Ermənistanı qan gölünə çevirməyə SÖZ VERDİLƏR - Terror qruplaşması HƏRƏKƏTƏ KEÇİR
19.05.2018 15:50
Ermənistanın polisi "Sasna Çrer” silahlı qrupun üzvlərini İrəvanda məhkəmə binasından çıxarıblar.

Publika.az "Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ermənistan polisinin KİV-lə əlaqələr və analiz şöbəsinin rəhbəri Edqar Canoyan bildirib.
Bina onların azad edilməsini tələb edən "Sasna Çrer”in tərəfdarları tərəfindən mühasirəyə alınmışdı.

"Polislər zəncir yaradaraq müqəssirləri məhkəmə binasından sakitcə çıxardılar. Hüquq-mühafizə orqanları tərəfindən nümayişçilər barəsində heç bir güc tətbiq olunmadı”, - Edqar Canoyan deyib.

Qeyd edək ki, silahlı qrupun tərəfdarları məhkəmə binasının yerləşdiyi Arşakunyas prospektini ötən həftə kəsmişdilər. Onlar qrupun üzvlərini azad etməyi tələb edirdilər. Ancaq baş nazir Nikol Paşinyanın çağırışından sonra prospekti hərəkət üçün açan qrupun tərəfdarları məhkəmə binasının qarşısında aksiyanı davam etdiriblər.

Bir sıra KİV-in məlumatına görə, silahlı qrupun tərəfdarları aktiv hərəkətlərə keçməyə söz veriblər. Erməni siyasi ekspertlər qanlı qarşıdurmaların baş verməsini istisna etmirlər.

Xatırladaq ki, "Sasna Çrer” silahlı qrupu 2016-cı ilin yayında İrəvanın mərkəzində polis alayının binasını tutmuşdu. Onlar Ermənistan prezidenti Serj Sarkisyanın istefa verməsini, həbsdə olan təşkilatın lideri və "Təsis parlamenti”nin sədri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər.
İki həftə boyunca binanı əllərində saxlayan qrupun 31 üzvü iyulun 31-də hakimiyyətə təslim oldular. Binanın tutulması zamanı polis polkovniki Artur Vanoyan öldürülmüş, daha üç polis yaralanmışdı.

Silahlı qrupun tərəfdarları müqəssirləri siyasi dustaq hesab edirlər.

Bu gün isə "Jamanak” qəzeti yazıb ki, Şərq Tərəfdaşlığı ölkələri üzrə departamentinin rəhbəri Dirk Şubelya və Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Petr Svitalski İrəvana səfəri zamanı Ermənistanın Ədliyyə Nazirliyinə siyasi dustaq hesab etdikləri siyahını təqdim ediblər. Siyahıda Şanta Artünyan və onunla birlikdə ittiham edilmiş şəxslər - Jirayr Sefilyan, Karo Yeqnukyan və Qevorq Safaryan var. Siyahıda "Sasna Çrer” qrupundan polis alayının binasını tutanlardan yalnız birinin adı var.

"Bu o deməkdir ki, Avropa İttifaqı "Sasna Çrer” qrupuna terror qruplaşması kimi baxmağa davam edir”, - "Jamanak” qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna hərbçiləri Rusiyanın iki "Su-27" qırıcısını vurub
Dünya 14:08
Ukrayna hərbçiləri Rusiyanın iki "Su-27" qırıcısını vurub
İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edilib
Dünya 11:30
İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edilib
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Dünya 08:55
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Platin rekord səviyyədə bahalaşıb
Dünya 23:42
Platin rekord səviyyədə bahalaşıb
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dünya 22:55
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Dünya 22:15
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Dünya 20:46
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Luvr fəaliyyətini bərpa edib
Dünya 20:20
Luvr fəaliyyətini bərpa edib
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
Dünya 19:39
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol