• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Qarabağda vəziyyət dəyişir, ermənilər Bakıya üz tutur

Qarabağda vəziyyət dəyişir, ermənilər Bakıya üz tutur
21.05.2018 15:08
Ermənistanda Serj Sarkisyanın devrilməsi ilə nəticələnən "məxməri inqilab” Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsinə keçir.

Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Arutün Qriqoryan Qarabağda qondarma rejimin "prezidenti” Bako Saakyana qarşı üsyanın başlayacağını yazıb.

Erməni şərhçi qeyd edir ki, İrəvandakı proseslər Xankəndinə də təsir edir: "İrəvanda artıq Sarkisyan dönəmi başa çatdı və indi növbə Xankəndindədir. Bako Saakyan hər şeyi edir ki, inqilab Qarabağa qədər gəlib çıxmasın, lakin proses artıq başlanmış hesab oluna bilər”,

A.Qriqoryan Dağlıq Qarabağda yaradılmış qondarma rejimin "prezident üsul-idarəsi”nə keçidinin səbəblərini xatırladıb.

"Sarkisyan İrəvanda bəyan edirdi ki, parlament-üsul idarəsinə keçməyin vaxtı çatıb. Lakin Xankəndində "prezident üsul-idarəsi”nə keçid edildi. Səbəb kimi Azərbaycanla müharibə şəraiti göstərilirdi, lakin burada da hakimiyyətin qorunması məqsədinin olduğu məlum idi. Hətta "aprel müharibəsi”ndə məğlubiyyətə baxmayaraq, Sarkisyanın dəstəyi ilə Saakyan öz hakimiyyətinin ömrünü uzatdı. Artıq İrəvanda siyasi situasiya dəyişib və bu proseslərin tezliklə Qarabağa da təsir edəcəyi gözlənilir. Xankəndində sosial-iqtisadi vəziyyətin yaxşı olmadığı hər kəsə məlumdur. Sarkisyan İrəvanda şəxsi zənginliyini təmin edən sistem yaratdığı kimi, Xankəndində də "hakimiyyətin təpəsindəkilər” eyni sistem yaradıb. Bu vəziyyət potensial inqilaba hamilədir və inqilab virusu Qarabağda yayılmağa başlayıb”, - deyə o qeyd edib.

Erməni şərhçi Saakyanın Azərbaycan təhlükəsini əsas gətirərək, ermənilər üzərində nəzarəti təmin etdiyini, lakin bunun yanlış və təhlükəli olduğunu yazıb: "Əksinə, Qarabağda mövcud diktatura əhalinin bir gün Azərbaycanın tərkibində yaşamaq istəyini artıra bilər. Çünki əgər İrəvan buna müdaxilə etmirsə, ağır vəziyyətdə yaşayan əhali nicat yolu kimi Bakını seçə bilərlər”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Siyasət 12:33
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Siyasət 11:52
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Ermənistandan Qarabağda müharibə anonsu
Siyasət 11:51
Ermənistandan Qarabağda müharibə anonsu
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Siyasət 11:31
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Ramil Usubov yeni rəis təyin etdi
Siyasət 11:29
Ramil Usubov yeni rəis təyin etdi
Ermənilər Bakı adı ilə şantaj edilir – Cəbhədə hücum olacaq?
Siyasət 11:21
Ermənilər Bakı adı ilə şantaj edilirCəbhədə hücum olacaq?
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
Siyasət 11:20
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
DİQQƏT! Bu cərimə ləğv olundu
Siyasət 11:07
DİQQƏT! Bu cərimə ləğv olundu
Sarkisyan Aprel döyüşlərindən danışdı
Siyasət 10:55
Sarkisyan Aprel döyüşlərindən danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol