• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Putin İsrailə qarşı bu raketləri yerləşdirir –Detallar

Putin İsrailə qarşı bu raketləri yerləşdirir –Detallar
22.05.2018 14:41
Mayın 9-da İsrailin Suriyada İrana aid hərbi obyektləri vurmasına, 23 Suriya və İran əsgərinin ölümünə səssiz qalan Rusiyadan əks-həmlə gəldi.

Publika.az xəbər verir ki, İsrailin kəşfiyyat təşkilatı MOSSAD-a yaxınlığı ilə tanınan DEBKA saytının iddiasına görə, Rusiya prezidenti Vladimir Putinin mayın 16-da Soçidə Baş qərargahın rəhbərliyinə verdiyi iki əhəmiyyətli təlimat həyata keçirilməyə başlanılıb.

Putinin təlimatına əsasən, Livan, Suriya və İsrail sahillərində "Kalibr” qanadlı raketlərinin yerləşdirilməsinə başlanılıb. Digər tərəfdən, yüksək kalibrli və hər biri 500 kiloqram partlayıcı gücünə malik "Golan-1000” raket sistemləri Dəməşqin cənubuna yerləşdirilib.

Hava hücumundan müdafiə gücünə sahib raketlərin İsrailin şimalında yerləşən ən kritik müdafiə mövqeyi olan Qolan təpələrindəki bütün müdafiə xəttini tamamilə yox edə biləcək gücdədir. Bununla da İsrailin Suriyanın cənubunda hava hücumları təşkil etmək imkanı ciddi şəkildə məhdudlaşdırılmış olub.

Digər bir xəbərə görə, Suriyada hökumət qüvvələri İŞİD terror təşkilatı ilə əldə etdiyi razılaşma nəticəsində paytaxt Dəməşq və ətrafına nəzarəti tamamilə ələ keçirib. Son olaraq, İŞİD Dəməşqin cənubundakı Yərmuk düşərgəsindən çıxıb. Bununla da Bəşər Əsəd rejimi 7 illik vətəndaş müharibəsinin başlanmasından bu yana ilk dəfə Dəməşqə nəzarəti tamamilə təmin etmiş olub.

Aprel ayının sonunda rejimlə razılaşmaya əsasən, Azad Suriya Ordusu və "Heyet Tahrir Şam” bölgədən çıxmışdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna hərbçiləri Rusiyanın iki "Su-27" qırıcısını vurub
Dünya 14:08
Ukrayna hərbçiləri Rusiyanın iki "Su-27" qırıcısını vurub
İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edilib
Dünya 11:30
İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edilib
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Dünya 08:55
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Platin rekord səviyyədə bahalaşıb
Dünya 23:42
Platin rekord səviyyədə bahalaşıb
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dünya 22:55
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Dünya 22:15
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Dünya 20:46
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Luvr fəaliyyətini bərpa edib
Dünya 20:20
Luvr fəaliyyətini bərpa edib
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
Dünya 19:39
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol