• $
  • £

Türkiyə İsrailə qarşı hücuma keçir

Türkiyə İsrailə qarşı hücuma keçir
29.05.2020 05:13
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman dövlətlərini İsrailə qarşı iqtisadi dirəniş göstərməyə çağırıb.

AzVision.az xəbər verir ki, Ərdoğan bu barədə Bosniyadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib. O, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvlərinin İsrail məhsullarını boykot edəcəyinə ümidvar olduğunu bildirib.

"İƏT-in sonuncu toplantısı çərçivəsində qəbul etdiyimiz bəyannamədəki tövsiyyəyə uyğun olaraq, üzv dövlətlərin İsrail məhsullarını boykot edəcəyinə ümid edirəm. Və nəticə etibarilə, bundan sonra İsraildən heç bir məhsul alınmamalıdır. Türkiyə də analoji şəkildə fəaliyyətə keçəcək. Biz İsraillə münasibətlərimizə, xüsusən də, iqtisadi və ticarət sferalarındakı əlaqələrimizə yenidən nəzər salacağıq. Qarşıdakı seçkilərimiz bitəndən sonra, biz bu istiqamətdə müvafiq addımlar atacağıq" - deyə Ərdoğan vurğulayıb. 

Qeyd edək ki, İƏT-in mayın 18-də istanbuldakı təcili toplantısının yekunlarına dair qəbul olunan bəyannaməsində, ABŞ-ın ardından səfirliyini Qüdsə köçürən dövlətlərə qarşı iqtisadi məhdudiyyətlərin tətbiq olunması tövsiyyə edilib.

Xatırladaq ki, mayın 14-də ABŞ İsraildəki səfirliyini rəsmi olaraq Qüdsə köçürüb. Buna etiraz edən 10 mindən çox fələstinlinin Qəzza zonasındakı aksiyasını dağıtmaq üçün İsrail ordusu silahlı güc tətbiq edib. Nəticədə 62 fələstinli ölüb, 3 mindən çoxu yaralanıb. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol