• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

Deputat əlilliyin müəyyənləşdirilməsindən danışdı

Deputat əlilliyin müəyyənləşdirilməsindən danışdı
22.05.2018 19:16
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən üçüncü oxunuşda olan "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirə olunub.

Oxu.Az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri Hadi Rəcəbli bildirib ki, qanun layihəsi çox əhəmiyyətlidir və ötən müddətdə də onunla bağlı ciddi müzakirələr keçirilib, bir sıra irad və təkliflər səsləndirilib.

Bununla yanaşı, komitə sədri ikinci oxunuşda qanun layihəsinə ciddi iradlar olmadığını da sözlərinə əlavə edib:

"İkinci oxunuşun müzakirələri sakit tərzdə keçdi, yəni, sənəd xeyli təkmilləşdirildiyi üçün ona iradlar tutulmadı”.

Komitə sədri qanun layihəsinin təkmilləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də mühüm rolunun olduğunu söyləyib:

"Artıq nazirliyin rəhbərliyi dəyişdirilib, yeni rəhbərlik gəlib. Biz bundan sonrakı dövrdə adıçəkilən nazirliklə fəaliyyətimizi düzgün qurmağa, əlaqəli şəkildə əməkdaşlığa çalışacağıq”.

H.Rəcəbli ölkədə hələ də əlilliyin müəyyənləşdirilməsi ilə bağlı həllini gözləyən məsələlər olduğunu söyləyib:

"Bu yöndə fikirlər, iradlar səslənir, müzakirələr gedir. Bu baxımdan, hesab edirəm ki, bu qanunun qəbulundan və icraya yönəldilməsindən sonra bu istiqamətdəki məsələlər öz həllini tapacaq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
On bir ayda qeyri neft ixracının həcmi artıb
İqtisadiyyat 15:51
On bir ayda qeyri neft ixracının həcmi artıb
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
İqtisadiyyat 14:47
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!
İqtisadiyyat 13:44
Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
İqtisadiyyat 13:21
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir


Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
İqtisadiyyat 11:42
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
SOCAR-ın mənfəəti artıb
İqtisadiyyat 11:01
SOCAR-ın mənfəəti artıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:15
Qızıl bahalaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:53
Azərbaycan nefti ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Günün məzənnəsi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol