• $
  • £

Azərbaycan və Serbiya arasında müntəzəm hava reysləri açılacaq

Azərbaycan və Serbiya arasında müntəzəm hava reysləri açılacaq
29.05.2020 07:11
Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə hava əlaqələri haqqında sazişin imzalanması tərəflərin təyin olunmuş aviaşirkətlərinə ölkələr arasında müntəzəm reysləri açmaq imkanı verəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən Trend-ə verilən məlumata görə, saziş həmçinin Azərbaycan ilə Serbiya arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin inkişafına da yardım edəcək.

Xatırladaq ki, 2018-ci il mayın 21-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında Saziş” imzalanıb.

Saziş layihəsi üzrə danışıqlar prosesi 2011-ci ildə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ilə Serbiya Mülki Aviasiya Direktorluğu arasında qarşılıqlı anlaşma haqqında memorandumun imzalanması ilə başlayıb. Daha sonra iki ölkənin aviasiya hakimiyyətləri ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclas protokoluna uyğun olaraq sözügedən sazişin imzalanmaq üçün hazırlanması məqsədi ilə danışıqlar aparıblar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:27
Sabahın hava proqnozu açıqlanıb
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Cəmiyyət 12:25
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol