• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Prezident yaşayış kompleksinin açılışında

Prezident yaşayış kompleksinin açılışında
24.05.2018 12:50
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər.

Anews.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kompleksdə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin ərazisində yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, burada 1026 ailəlik 108 birotaqlı, 396 ikiotaqlı, 360 üçotaqlı, 162 dördotaqlı olmaqla 11 ikibloklu doqquzmərtəbəli yaşayış binası inşa olunub.

Dövlətimizin başçısı və xanımı mənzillərə baxdılar.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində inşa edilmiş 344 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.

Bildirildi ki, 220 yerlik ikimərtəbəli uşaq bağçası bütün lazımi avadanlıqla tam təchiz edilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 32 nömrəli köçkün tam orta məktəbində yaradılan şəraitlə də tanış oldular.

Məktəblə tanışlıqdan sonra dövlətimizin başçısı məcburi köçkünlərlə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 14:25
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Siyasət 12:50
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
Siyasət 12:38
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Siyasət 11:00
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Siyasət 23:12
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Siyasət 14:12
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Siyasət 13:05
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Siyasət 12:32
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol