• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Mehriban Əliyeva Qarabağ əlillərini protezlə təmin etdi

Mehriban Əliyeva Qarabağ əlillərini protezlə təmin etdi
25.05.2018 10:08
Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qrup Qarabağ müharibəsi əlili yüksək texnologiyalı protezlərlə təmin olunub. 

Fonda müraciət etmiş keçmiş əsgər və zabitlər ilk növbədə müayinə olunub, hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri və əmək məşğuliyyətləri nəzərə alınaraq onlar üçün uyğun və yüksək keyfiyyətli protezlər seçilib. 

Qarabağ müharibəsi əlillərindən 6 nəfər "Harmony P3” aktiv vakuum sistemli protezlə, 1 nəfər "Hybrid” mikroprosessor idarəetmə sistemli transfemoral protezlə, 3 nəfər isə "BeBionic 3” əl protezi ilə təmin edilib. Bu protezlər amputasiya olunmuş hissə ilə hərəki uyğunluğu təmin edən texniki imkanlara malikdir. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat hərəkət edir.

Yüksək texnologiyalı protezlərlə təmin olunmuş Qarabağ müharibəsi əlilləri artıq aktiv həyata geri dönərək əmək fəaliyyətini davam etdirir, bəziləri isə paralimpiya idman növləri ilə məşğul olur.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi də həyata keçirilib. 2016-cı il aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabit layihə çərçivəsində yüksək texnologiyalı protezlərlə təmin edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol