• $ 1.7
  • € 1.9559
  • ₽ 0.021627
  • ₺ 0.043
  • £ 2.2854

Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar - VIDEO

Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar - VIDEO
28.05.2020 18:49
Xəzərdə itkin düşən idmançıların ölümü ilə bağlı təfərrüatlar üzə çıxıb.

Meyitləri tapılan şəxslər 17 yaşlı Nüsrət Nəzərzadə və 15 yaşlı Aqil Təbirli aprelin 18-də dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar. Ancaq bir daha geri qayıtmayıblar.

Yenicag.az xəbər verir ki, ailələrinin verdiyi informasiyadan sonra itkin düşən idmançıların axtarışına başlanılıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən axtarışlar aparılıb. 23 apreldən isə FHN Aviasiya dəstəsinin "Mi-17” markalı helikopteri də əməliyyatlara cəlb olunub.

Axtarışların aparıldığını dəfələrlə bəyan etsələr də nəticə verməyib. Ancaq Xəzərdə itkin düşən idmançıların cansız bədənləri rezin qayıqda "Neft Daşları” yaxınlığında taplıb. Əslində buna tapılmaq da yox, qayıq öz ayağı ilə gəlib deyilsə, daha yaxşı olar.

Yaxınlarından əldə etdiyimiz informasiyaya görə, onlar özlərini qayığa bağlayıblar ki, külək zamanı suya düşüb boğulmasınlar. Tapılanda da idmançıların meyiti qayığın içində olub.  İlkin versiyaya görə idmançılar acından və susuzluqdan ölüblər.

Hazırda Sumqayıt şəhərində idmançıların meyitləri ailələrinə təhvil verilib və onları dəfn etməyə aparıblar.

Burada belə bir sual ortaya çıxır ki, əgər idmançılar daim suyun üzündə olublarsa, axtarış edən qurumlar niyə onları bu günə qədər tapmayıblar? Daim suyun üzündə olan qayıqlar necə olub ki, görünməyib? Məntiqə əsasən, ya axtarış lazımi qaydada aparılmayıb, ya da mətbuat üzərindən "axtarışlar davam edir” kimi xəbərlər verərək "aparılıb”.

Yeri gəlmişkən, ekstremal idman növləri ilə məşğul olan Nüsrət Nəzərzadə Tufandağda itkin düşən alpinistlərlə dost olub. Dostların meyitlərinin tapılmasında da oxşarlıq var. Alpinistlərin meyitləri havalar isinib qar əriyəndən sonra, Xəzərdə itkin düşənlərin meyitləri də, rezin qayığın "Neft Daşları” yaxınlığına gəlməsindən sonra aşkarlanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol