• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Putin: Ərdoğan geri çəkilməyəcək

Putin: Ərdoğan geri çəkilməyəcək
26.05.2018 11:40
Türkiyənin Rusiyadan S-400 raket komplekslərinin almasını, yalnız bu ölkə özü həll etməlidir, Ankaraya kənardan təzyiq etmək haqsızlıqdır.

anews.az-ın məlumatına görə, bu barədə Sankt-Peterburq beynəlxalq iqtisadi forumu zamanı yerli və xarici informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya lideri əmindir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli maraqlarını qoruyacaq, təzyiqlərə tabe olmayacaq və güzəştə getməyəcək.

"Müxtəlif təzyiq alətləri daha çox ölkələri əhatə edir. Hazırda bizdən S-400 sistemlərinin tədarük edilməsi ilə bağlı. Çox qəribədir. Türkiyə NATO ölkəsidir, lakin o, ən müasir hərbi sistemləri NATO ölkəsi olmayan dövlətdən almağa qərara gəlib. Nə olsun ki? Bu cinayətdir?”, - Putin sual ünvanlayıb.

Rusiya prezidenti həmçinin bəyan edib ki, Ərdoğanın xasiyyətinə bələddir və çətin ki, kimsə ona təzyiq edə bilsin:

"Əksinə, hesab edirəm ki, Türkiyə prezidenti istəsə belə geri çəkilməyəcək, çünki o, ilk növbədə milli maraqları qoruyur”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna hərbçiləri Rusiyanın iki "Su-27" qırıcısını vurub
Dünya 14:08
Ukrayna hərbçiləri Rusiyanın iki "Su-27" qırıcısını vurub
İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edilib
Dünya 11:30
İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edilib
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Dünya 08:55
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Platin rekord səviyyədə bahalaşıb
Dünya 23:42
Platin rekord səviyyədə bahalaşıb
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dünya 22:55
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Dünya 22:15
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Dünya 20:46
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Luvr fəaliyyətini bərpa edib
Dünya 20:20
Luvr fəaliyyətini bərpa edib
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
Dünya 19:39
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol