• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Təmas xəttində istehkamlar tikilirHədəflər raketlə VURULACAQ

Təmas xəttində istehkamlar tikilir – Hədəflər raketlə VURULACAQ
26.05.2018 13:29
Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubunda qeyd etdiyi "Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır” sözlərini şərh edib.

Mnasakanyan deyib ki, "danışıqlar Minsk qrupunun himayəsi altında yenilənməlidir, lakin Ermənistanın maraqları və hədəfləri öz əksini tapmalıdır, xüsusilə də Qarabağda "xalqın öz müqəddəratını təyin etmə” prinsipi əsas götürülməlidir. Bakı İrəvanın bu tələbini danışıqları pozmaq cəhdi adlandırır. Ekspertlər isə hesab edirlər ki, danışıqlar artıq ikinci mərhələyə keçir və cəbhədə toqquşmaların baş verməsi ehtimalı hər keçən gün daha da reallaşır.

Publika.az xəbər verir ki, Donald Trampın İlham Əliyevə yazdığı məktubda qeyd olunan fikirlər ABŞ-ın Qarabağ münaqişəsinin həlli üçün yeni plan hazırlığında olması fikrini gücləndirir.

Lakin İrəvanda düşünürlər ki, danışıqlar arxa plana keçəcəksə, heç bir plan işə yaramayacaq və təmas xəttində raketlər işə düşəcək.

Erməni ekspert Naira Ayrumyan yazır ki, hərbi mənbələr təmas xəttində hər iki tərəfin istehkamlar tikdiyi haqda məlumatlar verirlər.

"Bu isə neytral zonanın sıradan çıxması ilə nəticələnəcək. Neytral zonanın sıfırlanması müharibənin başlanması deməkdir”, - deyə o bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 14:25
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Siyasət 12:50
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
Siyasət 12:38
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Siyasət 11:00
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Siyasət 23:12
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Siyasət 14:12
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Siyasət 13:05
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Siyasət 12:32
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol