Tramp yazdığı məktubla rüsvay oldu
Floridada 17 şagirdin öldürüldüyü qətliamdan sonra ABŞ Prezidenti Donald Trampla görüşmək istəyən ingilis dili müəlliməsi Masonun tələbinə Ağ Evdən yazılı cavab gəlib.
Axar.az xəbər verir ki, Mason Trampın dil qaydalarının kobud şəkildə pozulduğu və qrammatik normalara əməl olunmayan məktubunda düzəlişlər edərək yenidən Ağ Evə yollayıb.
İngilis dili müəlliməsi ölkə başçısının səhvlərlə dolu məktubunu sosial şəbəkələrdə paylaşaraq heyrətə gəldiyini bildirib. Onun sözlərinə görə, Tramp hətta gündəlik həyatda çox tez-tez istifadə etdiyi "dövlət”, "millət”, "federal” və "başçı” kimi sözləri də səhv yazıb.
Sosial şəbəkələrdə istifadəçilər arasında sürətlə yayılan xəbər birmənalı qarşılanmayıb. Trampın dil qaydalarına bələd olmaması istifadəçilərin gülüşünə səbəb olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər