• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Məmmədyarov ABŞ-da mühüm görüşlər keçirdi

Məmmədyarov ABŞ-da mühüm görüşlər keçirdi
30.05.2018 13:00
Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorka səfəri çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak edib və BMT Baş Məclisinin prezidenti Miroslav Layçak ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, 29 mayda Nyu York şəhərində, Vol Stritdə E.Məmmədyarovun iştirakı ilə Azərbaycan Respublikasının bayrağının təntənəli qaldırılması mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyev, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfəri Elin Süleymanov, Nyu York şəhəri meriyasının rəsmiləri, ABŞ-da olan Azərbaycan diasporunun və ictimaiyyətin nümayəndələri iştirak edib.

Çıxış edən nazir E. Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və ölkənin bugünkü nailiyyətləri haqqında danışaraq bildirib ki, Cümhuriyyətin qurucuları sağ olsaydılar, müasir Azərbaycan Respublikası ilə fəxr edərdilər.

Səfər əsnasında nazir nazir BMT Baş Məclisinin prezidenti Miroslav Layçaq ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə BMT arasında əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. BMT Baş Məclisinin gündəliyində duran məsələlərə toxunan E. Məmmədyarov Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi müddətində prioritetləri barəsində həmsöhbətə məlumat verib. Baş Məclisin gündəliyində "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı gündəlik maddəsinə istinad edən nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə mövcud vəziyyət barədə danışaraq ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən də qeyd olunduğu kimi, işğala əsaslanan status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğulayıb. O, dövlətlərarası münasibətlərdə qanunun aliliyinin təmin olunması, bütün dövlətlər tərəfindən BMT Nizamnaməsi ilə üzərilərinə düşən öhdəliklərin yerinə yetirilməsi, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdlərinin qəbuledilməz olduğunu bildirib.

Həmin gün Nyu Yorkda E. Məmmədyarovun iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Respublika Günü münasibətilə qəbul keçirilib. Qəbulda BMT-nin rəhbərliyi, üzv dövlətlərin BMT yanında nümayəndəliklərinin başçıları-səfirlər, ictimai-siyasi xadimlər, Nyu York şəhərinin meriyasının nümayəndələri, Azərbaycan diasporasının üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin başçısı, səfir Yaşar Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünə nəzər salaraq bu gün müstəqil və suveren Azərbaycanın BMT-nin layiqli və məsuliyyətli üzvü olduğunu diqqətə çatdırıb. Səfir Xalq Cümhuriyyəti dövründə qəbul olunan dövlət himninin şah əsəri olduğunu deyərək himnin hər bir azərbaycanlının ruhunu oxşadığını, musiqi ahəngi və axarı ilə Azərbaycanın müstəqillik yolunu təcəssüm etdirdiyini söyləyib.

Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk parlamentli respublikası olduğunu qeyd edərək AXC dövründə dövlət təsisatlarının yaradılması, Bakı Dövlət Universitetinin təsis olunması, gənclərin dövlət təqaüdü ilə təhsil almaq üçün dünyanın aparıcı universitetlərinə göndərilməsi, fundamental hüquq və azadlıqların təmin edilməsi, qadınlara seçki hüququnun verilməsi kimi həyata keçirilən mütərəqqi işlərdən danışıb. Nazir Paris Sülh konfransında AXC-nin yekdilliklə de-fakto tanınması və diplomatik səviyyədə görülən fəaliyyət barədə məlumat verərək AXC-nin layiqli varisi kimi Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etməsi, qonşu Ermənistanın təcavüzünə və ərazilərimizin işğalına baxmayaraq, Heydər Əliyevin dövlətçilik irsi əsasında prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

BMT Baş Məclisinin prezidenti Miroslav Layçak Azərbaycan xalqı və dövlətini Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətli təbrik edib. O, Azərbaycanın bu gün beynəlxalq münasibətlərdə və BMT sistemində fəal rol oynadığını, sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi və multikulturalizmin təşviqinə əsaslı töhfələr verdiyini deyib.

Xarici İşlər naziri Elmar Məmmədyarovun ABŞ-a işgüzar səfəri davam edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Siyasət 12:50
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
Siyasət 12:38
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb - Yenilənib
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Siyasət 11:00
ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Siyasət 23:12
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Siyasət 14:12
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Siyasət 13:05
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Siyasət 12:32
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Siyasət 12:23
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol