• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Rövnəq Abdullayev: Təbii qazın Avropaya nəqlinin bir addımlığındayıq

Rövnəq Abdullayev: Təbii qazın Avropaya nəqlinin bir addımlığındayıq
30.05.2018 11:39
Bu gün biz artıq təbii qazın Xəzər dənizindən Avropaya nəql olunmasının bir addımlığındayıq. Türkiyəyə ilk kommersiya qazının çatdırılması üçün lazım olan bütün infrastruktur yekunlaşıb. 

Anews.az xəbər verir ki, bunu Bakıda keçirilən "Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizinin Türkiyəyə qədər olan hissəsi istismara verilib. İyunun 12-də isə SOCAR-ın operator olduğu TANAP layihəsinin istismara verilməsi planlaşdırılır: 

"Beləliklə, bu möhtəşəm layihə başa çatmaq üzrədir: dörd seqmentdən üçü artıq istifadəyə verilir. Əminəm ki, ən yaxın zamanda bu uzunmüddətli çalışmaların bəhrələrini görə biləcəyik”. 

SOCAR prezidenti bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizi başda olmaqla, həyata keçirilən bütün bu layihələrin aparıcı qüvvəsidir və mərkəzindədir. Bu layihələrdən həm region ölkələri, həm də müxtəlif şirkətlər bəhrələnir.

Onun sözlərinə görə, yeni qaz nəqli marşrutuna malik olduqdan sonra Azərbaycan öz maye qazını istədiyi istiqamətdə realizə edəcək:

"Azərbaycan Cənub Qaz Dəhlizini açmaqla üçüncü tərəflərin bu layihəyə qoşulmasına, xarici tərəfdaşlarımızın da maliyyə gəlirlərini artırmalarına əlverişli şərait yaradıb. Region ölkələri olan Gürcüstan və qardaş Türkiyə də bu nəhəng layihədən mənfəət əldə edəcək, həm də tranzit ölkə olaraq beynəlxalq mövqelərini möhkəmləndirəcək.

Hazırda Avropa ən perspektivli qaz bazarıdır. İnanırıq ki, Azərbaycan qazı Avropa bazarında yaxın gələcəkdə artan tələbatla mövcud təchizat arasında yaranacaq boşluğu dolduracaq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:22
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol