• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı
01.06.2018 11:08
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1128-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev yanğın baş verən ərazidə
Siyasət 11:47
İlham Əliyev yanğın baş verən ərazidə
Prezidentdən Elçin Quliyevlə bağlı SƏRƏNCAM
Siyasət 11:43
Prezidentdən Elçin Quliyevlə bağlı SƏRƏNCAM
Daha 3 məmur işdən çıxarıldı: yeni təyinatlar
Siyasət 08:50
Daha 3 məmur işdən çıxarıldı: yeni təyinatlar
Qarabağda erməni əsgər məhv edildi
Siyasət 08:48
Qarabağda erməni əsgər məhv edildi
Cəbhədə gərginlik - MN məlumat yaydı - FOTO
Siyasət 08:46
Cəbhədə gərginlik - MN məlumat yaydı - FOTO
177 hüquqi şəxs, 710 əcnəbi... - Mehriban Əliyeva faktları açıqladı
Siyasət 06:07
177 hüquqi şəxs, 710 əcnəbi... - Mehriban Əliyeva faktları açıqladı
Hərbi xidmətlə bağlı dəyişiklik
Siyasət 05:55
Hərbi xidmətlə bağlı dəyişiklik
Azərbaycanda nazirlərin xanım müavinləri - DOSYE
Siyasət 05:34
Azərbaycanda nazirlərin xanım müavinləri - DOSYE
Laçın yoluna nəzarəti ələ keçirdik - VIDEO
Siyasət 03:50
Laçın yoluna nəzarəti ələ keçirdik - VIDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol