• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Ermənilər Azərbaycan Ordusunu Qarabağa çağırır

Ermənilər Azərbaycan Ordusunu Qarabağa çağırır
29.05.2020 00:26
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılan qondarma rejimin əleyhinə etiraz aksiyaları davam edir.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, dünən Xankəndində iki mitinq olub.

Küçələri bloklayan etiraz aksiyasında Ermənistan parlamentinin deputatı Zarui Postandjyan və digər siyasətçilər iştirak edib. Aksiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirilib.

Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Qarabağın Ermənistana birləşdirilməsi şüarları təhlükəlidir: "Bu təhlükəli presedentdir və Qarabağda daxili parçalanmaya gətirib çıxara bilər. Həmçinin, bu tələblər danışıqlar prosesində təhlükəli kontekst yarada bilər və Azərbaycan bundan istifadə edə bilər”.

Erməni politoloq Artur Osipyan deyib ki, Qarabağda yaşayan ermənilərin qondarma rejimin "güc strukturları” tərəfindən döyülməsi hadisəsi adi hal alıb: "İnsanlar artıq bu vəziyyətdən beziblər. Qarabağa Bako Saakyan və bir neçə general nəzarət edib. Onlar 20 ildir insanları qarət edir, amansızlıq göstərirlər”.

Erməni sosioloq David Karabekyan etiraf edib ki, Qarabağ İrəvan tərəfindən idarə olunur: "Biz eyniyik, sadəcə olaraq, hər şey süni şəkildə bölünüb və guya elə təqdim edirlər ki, ayrıca respublikayıq. Bunun belə olmadığını hər kəs bilir. Bu baxımdan, İrəvanda hakimiyyətin dəyişməsi ilə nəticələnən aksiyalardan sonra Xankəndindəki ermənilər də ayağa qalxıb. Xankəndindəki rejim kriminal qaydalarla hərəkət edir”.

Erməni sosioloq onu da əlavə edib ki, rejimdən bezən Qarabağdakı ermənilər hansı yolla olursa olsun, xilas olmaq istəyirlər.

"Hətta elə insanlar var ki, xilas yolunun İrəvandan, yoxsa Bakıdan gəlməsinin fərqinə varmırlar. Azərbaycan ordusu Xankəndinə gəlsə və erməniləri mövcud rejimdən xilas etsə, hər kəs onlara təşəkkür edəcək. Yəni vəziyyət o həddə çatıb”, - deyə o bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Siyasət 12:33
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Siyasət 11:52
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Ermənistandan Qarabağda müharibə anonsu
Siyasət 11:51
Ermənistandan Qarabağda müharibə anonsu
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Siyasət 11:31
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Ramil Usubov yeni rəis təyin etdi
Siyasət 11:29
Ramil Usubov yeni rəis təyin etdi
Ermənilər Bakı adı ilə şantaj edilir – Cəbhədə hücum olacaq?
Siyasət 11:21
Ermənilər Bakı adı ilə şantaj edilirCəbhədə hücum olacaq?
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
Siyasət 11:20
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
DİQQƏT! Bu cərimə ləğv olundu
Siyasət 11:07
DİQQƏT! Bu cərimə ləğv olundu
Sarkisyan Aprel döyüşlərindən danışdı
Siyasət 10:55
Sarkisyan Aprel döyüşlərindən danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol