• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Bakıda yaşayış binasına ilan daraşıb - sakinlər təşvişdə - VİDEO

Bakıda yaşayış binasına ilan daraşıb - sakinlər təşvişdə - VİDEO
06.06.2018 23:34
Şəhərin mərkəzində yerləşən yaşayış binasının 5-ci mərtəbəsində qəfil ortaya çıxan ilan, ev sahibini təşvişə salıb. Hazırda mənzildə yaşayanlar ilanın olması səbəbindən eyvana çıxa bilmirlər.
Anews.az bildirir ki, hadisə paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, bina 112, mənzil 26 da baş verib. 5-ci mərtəbədə yaşayan Gülnarə Məmmədova və 5 yaşlı oğlu eyvana çıxmaq istəyərkən qəfil uzunluğu təxminən 1 metrdən çox olan ilanla qarşılaşıblar. Görüntülərdən də aydın olur ki, ilan sağdır. Hadisə şahidləri ilk dəfədir mənzillərində ilan gördüklərini bildirirlər.
Ev sahibi deyir ki, ilan bir neçə gün eyvanda qalıb. Sonra isə ilan eyvandakı yuvasına girib. Ev sahibi yuvanın üzərinə suvaq vurub ki, ilan oradan çıxmasın. Ancaq buna baxmayaraq hələ də, mənzildə olanlar qorxularından eyvana çıxa bilmirlər.
Görüntülərlə tanış olan Milli Elmlər Akademiyasının Zoologiya İnsitutunun əməkdaşı Səbinə Bünyatova bildirdi ki, görüntüdəki ilan "zeytuni təlxə" növündəndir və zəhərsiz olduğundan heç bir təhlükəsi yoxdur. Sadəcə yaşayış binası köhnə olduğu üçün, üstəlik belə ilanlar binalarda kərtənkələ ilə qidalandığı üçün tez-tez ortaya çıxır. Səbinə Bünyatova qeyd etdi ki, belə vəziyyətdə ev sahibi mütəxəssislərə müraciət edib ilanı eyvandan uzaqlaşdıra bilər. /xezerxeber.az
 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ən güclü qarın piyi əridən resepti - VİDEO
Cəmiyyət 09:15
Ən güclü qarın piyi əridən resepti - VİDEO
​Badımcanı belə bişirsəniz orqanizmdən bütün şişlər əriyəcək - Əsl vaxtıdır! - VİDEO
Cəmiyyət 18:14
​Badımcanı belə bişirsəniz orqanizmdən bütün şişlər əriyəcək - Əsl vaxtıdır! - VİDEO
Xəstə həkimin üzünə təpik vurdu: Xəstəxanada dava… – Video
Cəmiyyət 19:57
Xəstə həkimin üzünə təpik vurdu: Xəstəxanada dava… – Video
Uşaqlara işgəncə verən tərbiyəçidən xəbər var - VİDEO
Cəmiyyət 19:26
Uşaqlara işgəncə verən tərbiyəçidən xəbər var - VİDEO
Bu məhsul “xərçəng”i məhv edir -  VİDEO
Cəmiyyət 08:23
Bu məhsul “xərçəng”i məhv edir - VİDEO
Bakıda yaşayış binasına ilan daraşıb - sakinlər təşvişdə - VİDEO
Cəmiyyət 23:34
Bakıda yaşayış binasına ilan daraşıb - sakinlər təşvişdə - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol