• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Çin və Rusiya ABŞ-a qarşı çıxdı

Çin və Rusiya ABŞ-a qarşı çıxdı
08.06.2018 18:43
Bir sıra dövlətlər "raket təhlükəsi” bəhanəsilə birtərəfli qaydada Avropada və Asiya və Sakit okeanı məkanında raketdən müdafiə sistemləri yerləşdirirlər. Buna qarşı qüvvələr balansının təmin olunması üçün Moskva və Pekin birgə əməkdaşlıq edəcəklər.

AzVision.az xəbər verir ki, Çinə səfər edən Vladimir Putinin Si Tsinpinlə danışıqlarının yekununda qəbul olunan birgə bəyannamədə belə deyilir. 

"Rusiya və Çin qlobal və regional strateji balans və sabitliyin təmin olunmasına xüsusi diqqət ayıracaqlar. Çünki bir sıra dövlətlər "raket təhlükəsi” bəhanəsilə birtərəfli qaydada raketdən müdafiə sistemlərini təkmilləşdirirlər və onları Avropada və Asiya və Sakit okeanı məkanında yerləşdirirlər. Bununla da regional dövlətlərin, o cümlədən Rusiya və Çinin strateji təhlükəsizlik maraqlarına ciddi zərər yetirirlər. Onlar həmçinin strateji qüvvələr balansına, qlobal və regionaltəhlükəsizlik və sabitliyə mənfi təsir göstərirlər.” – deyə bəyanatda vurğulanır. 

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Çinə səfər edərək həmkarı Si Tsinpinlə görüşüb. Səfər zamanı tərəflər arasında ticarət, energetika, kosmos və digər istiqamətlərdə əməkdaşlığı bnəzərdə tutan bir sıra müqavilələr imzalanıb. Həmçinin, Putin Çinin Çindao şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının iclasına da qatılacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edilib
Dünya 11:30
İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edilib
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Dünya 08:55
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Platin rekord səviyyədə bahalaşıb
Dünya 23:42
Platin rekord səviyyədə bahalaşıb
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dünya 22:55
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Dünya 22:15
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Dünya 20:46
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Luvr fəaliyyətini bərpa edib
Dünya 20:20
Luvr fəaliyyətini bərpa edib
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
Dünya 19:39
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
Dünya 10:05
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol