• $
  • £

Gürcüstan həyəcan təbili çalır

Gürcüstan həyəcan təbili çalır
29.05.2020 08:36

Gürcüstanın xarici işlər naziri Tamara Beruçaşvili xüsusi brifinqdə bildirib ki, rəsmi Tiflis “Rusiya və Abxaziya arasında “Müttəfiqlik və strateji tərəfdaşlıq haqqında” yeni müqavilənin” tərtib edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edir. Gürcüstan hakimiyyəti ATƏT və NATO-da da bu məsələyə təcili baxılmasında israr edir.

Artıq müvafiq sənəd Birləşmiş Millətlər Təşkilatının qərargah-mənzilinə göndərilib. İclasın keçirilib-keçirilməyəcəyi və nə vaxt keçiriləcəyi hələlik məlum deyil.

Bir müddət əvvəl Gürcüstan prezidenti, baş naziri və siyasi liderlərinin əksəriyyəti Rusiya və Abxaziya arasında yeni çərçivə sənədinin imzalanmasını pisləyərək, sənədi “tarixən Gürcüstana aid olan ərazilərin ilhaqı cəhdi” adlandırıblar.

Bu zaman prezident Marqvelaşvili abxazlara və osetinlərə Gürcüstanla kompromis axtarmağı məsləhət görüb: “Abxazlar və osetinlər tarixi kimliklərini yalnız Gürcüstan mədəniyyəti və dövlətçiliyi tərkibində qoruyub saxlaya bilərlər”.

Baş nazir İrakli Qaribaşvili isə Gürcüstan rəhbərliyinin Rusiya ilə münasibətlərin düzəldilməsi üzrə konstruktiv addımlarına baxmayaraq, Moskvanın “düşməncəsinə addımlar atmasından” gileylənib.

Ölkədə ən “Rusiyayönümlü” siyasətçi hesab olunan parlamentin keçmiş spikeri Nino Burcanadze isə ictimaiyyətin diqqətini yeni sənədin imzalanmasının durmadan NATO-ya can atmanın və Gürcüstanda Şimali Atlantika İttifaqının “məşq mərkəzinin” yerləşdirilməsi üzrə bəyan edilən planların nəticəsi olduğuna çəkib (Turan).

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Dünya 19:28
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol